18:38 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
30 0 0

Məsimli: "Niyə yalnız bir dənə yumurta çıxmaq şərtilə istehlak mallarının hamısının qiyməti qalxıb?"

BAKI, 14 fev-Sputnik. "Hökumət haqlı olaraq 2017-ci ildə hədəf kimi birrəqəmli (7 faiz ətrafında) inflyasiya götürüb. Azərbaycanın buna şansı var. Amma çox təəssüf ki, monopolistlər və işbazlar bütün iqtisadi qanunauyğunluqları pozmaqla Azərbaycan hökumətinin bu hədəflərini pozmaqda davam edirlər". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentin plenar iclasında deyib.

O, bildirib ki, inflyasiya məqbul səviyyədə olanda iqtisadi inkişafa, fəallığa müsbət təsiri var. Amma məqbul hədləri keçəndən sonra həyat səviyyəsinə mənfi təsir göstərir: “Qiymətlər qalxan zaman əsas gətirilir ki, dollara nisbətən manat ucuzlaşır, dollar bahalaşır. Biz də malı dollar ilə alırıq, ona görə də qiymətlər qalxır. Yaxşı, fevralın 1-dən artıq manat bahalaşmağa başlayıb. Niyə yalnız bir dənə yumurta çıxmaq şərtilə istehlak mallarının hamısının qiyməti qalxıb? Bu, əhalinin güzəranına mənfi təsir göstərir. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır”.

Əlaqədar

Cari ilin inflyasiya gözləntiləri ümidverici deyil
İqtisadçı-ekspert: 2017-ci ildə də inflyasiya iki rəqəmli olaraq davam edəcək
Teqlər:
dollar bahalaşır, manat ucuzlaşır, iqtisadi inkişaf, Azərbaycan hökuməti, yumurta, millət vəkili Əli Məsimli, Azərbaycan

Əsas mövzular