CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və Avstriya xilasediciləri birgə təlimlər keçirlər

© Photo : FHNXizəksürmə hazırlığı üzrə təlim
Xizəksürmə hazırlığı üzrə təlim - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan FHN və Avstriyanın Federal Daxili İşlər Nazirliyi Qəbələdə birgə təlimlər keçirir

BAKI, 14 fev — Sputnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində 12 fevral 2017-ci il tarixindən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanılıb. 

© Photo : FHNAzərbaycan və Avstriya xilasediciləri təlimlərə zamanı
Azərbaycan və Avstriya xilasediciləri təlimlərə zamanı - Sputnik Azərbaycan
Azərbaycan və Avstriya xilasediciləri təlimlərə zamanı

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Təlimlərə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.

Təlimlər fevral ayının 19-dək davam edəcək.  


Xəbər lenti
0