CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Anaların adi telefon danışığı uşağın ölümü ilə nəticələnir

© Photo : PUBLIC DOMAINРебенок у камина
Ребенок у камина - Sputnik Azərbaycan
Abunə olmaq
Şöhrət Məmmədov: "Mən dəfələrlə demişəm ki, analar öz uşaqlarına laqeyd yanaşırlar"

BAKI, 13 fev — Sputnik. Bakı xəstəxanalarına valideynlərin laqeydliyi və müvafiq nəzarətin olmaması səbəbindən yanıq diaqnozu ilə çox sayda 4 yaşa qədər uşaq gətirilir. 

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının şöbə müdiri Şöhrət Məmmədov bildirib. 

"Mən dəfələrlə demişəm ki, analar öz uşaqlarına laqeyd yanaşırlar. Azərbaycanda çox sayda uşaqların yanıq xəsarəti alması ilə bağlı hadisələr baş verir. Uşaqların əksəriyyətini xilas etmək mümkün olur. Amma vaxtında həkimə çatdırılmayan uşaqlarla, xüsusilə də regionlarda yaşayanlarla işləmək çətindir. Adətən əgər yanıq gecikdirilməyibsə, bədənin yarıdan çoxu yanmayıbsa, vəziyyətdən çıxmaq mümkün olur. Bizə daha çox bədənin 45-50%-i yananda müraciət edirlər” – cərrah bildirib. 

Карета скорой помощи в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Gəncə şəhərində qadın yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Həkim öz təcrübəsini bölüşərək deyib ki, bu günlərdə qaynar südün içinə düşən və bədəninin 70%-i yanan qızı evə buraxıblar. 

Həkimin sözlərinə görə, uşaqlar daha çox onlara baxmalı olan anaların telefon danışıqlarına aludə olaraq uşağı tək qoymasından əziyyət çəkirlər. Özü də məhz həmin vaxt ocaqda qazan qaynayır, döşəmənin üstündə isə qaynamaqda olan elektrik çaydanı olur və bu vaxt nəzarətsiz qalan uşaq təhlükə ilə qarşılaşır. 

Adətən həkimə ikinci, üçüncü, hətta dördüncü dərəcəli yanıq xəsarətləri ilə müraciət edirlər. Belə insidentlər adətən ən çox rayonlarda olur. 

"Bu gün Qəbələdən əlləri yanmış 7 yaşlı uşağı gətiriblər. Uşağı bir ay evdə saxlayıblar və həkimə gətirməyiblər. Nəticədə bu uşaqda kontraktura (oynaqların hərəkət məhdudiyyəti) müşahidə edilir. Mart ayında onun əllərini əməliyyat etmək lazım gələcək. Bununla yanaşı, orada açıq yaralar da müşahidə edilir. Uşaq özü nevroloji xəstəlikdən əziyyət çəkir. Beyindaxili təzyiqə görə müalicə alır. Çox zəif uşaqdır. Başa düşmürəm ki, elə uşağı necə nəzarətdən kənarda saxlamaq olar” – həkim əsəbi şəkildə bildirir. 

Yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda yanğın: bir nəfər təxliyə edildi

Məmmədovun sözlərinə görə, hazırda klinikada 4 aylıq uşaq geniş yanıq səbəbindən əməliyyat edilməlidir. Uşaq 21 gündür ki, xəstəxanadadır. Uşağa dəri nəql edilməlidir. 

Cərrah deyib ki, bəzi valideynlər o qədər məsuliyyətsizdirlər ki, onların ucbatından uşaqları bir neçə dəfə xəstəxanaya düşməli olur: “Mənim təcrübəmdə elə hal olub ki, bir uşağı 3 dəfə yanıq diaqnozu ilə bizim klinikaya gətiriblər. Bir neçə ay bundan əvvəl Ağstafadan olan uşağı evə buraxdıq. O, ikinci dəfə yanıq diaqnozu ilə klinikamıza gətirilmişdi. Birinci dəfə uşaq qaynar suya düşməsi səbəbindən yanmışdı. İkinci dəfə isə özü kibritlə evi yandırmışdı. Hər iki halda uşağa dəri nəql edib və onun yaraları tamamilə sağalıb". 

Bununla yanaşı, fevralın 8-də Salyan rayonunda ölümlə nəticələnən hadisə olub. Bir yaşlı Ləman Əhmədova qaynar suya düşməsi səbəbindən ölüb. Uşaq Respublika yanıq mərkəzinə gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Hündürmərtəbəli bina - Sputnik Azərbaycan
HADİSƏ
Əhmədlidə məktəbli 8-ci mərtəbədən yıxılaraq ölüb

Qeyd etmək lazımdır ki, laqeydlikdən, yaxud da digər səbəblərdən uşaqları təhlükə altında qoymaqla bağlı hüquqi məsuliyyət də mövcuddur. AR-nın Cinayət Məcəlləsində belə hallarla bağlı maddə də var. 

Bu, 143-cü – təhlükədə qoymaq – maddəsidir. Burada qeyd olunur ki, həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə— üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Buna baxmayaraq, güc strukturlarının və məhkəmələrin təcrübəsində valideynlərin günahını sübut etmək nadir hallarda mümkün olur. 

Xəbər lenti
0