05:52 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
566 0 0

Artıq psixoloji gərginlik həddinə çatan siqaret böhranı kimin, ya da kimlərin iqtisadi maraqlarını təmin etməyə hədəflənib?

BAKI, 13 fev — Sputnik. Ötən həftə gündəm zəngin oldu. Lapşinin Belarusda saxlanılıb Azərbaycana təhvil verilməsindən tutmuş, türk əsgərlərinin rus qırıcısı tərəfindən bombalanmasına, manatın dollar üzərində ard-arda qələbələrindən başlamış, yeni doğulmuş körpənin zibil qutusuna atılmasına qədər…

Əslində, son hadisədən yazmamaq üçün özümü güclə saxladım. Çünki ədəb sərhədlərini keçməyəcəyimə dair özüm özümə zəmanət verə bilmədim. Yaza bilərdim ki, körpəsini zibil qutusuna atan qadının hansısa murdar toxumdan əmələ gəldiyi anlaşılır da, indiyədək insana çevrilməməsi təkümül nəzəriyyələrini alt-üst edir. Və bu cür iyrənc məxluqlarla eyni havanı udduğuma görə, başıma sellofan torba keçirib özümü boğmaq istədiyimi qeyd edəcəkdim. Bu səbəbdən yazmadım! Yaza bilmədim!

Əllərim titrədi, eyvana çıxıb bir siqaret yandırmaq, əsəbimi qorumaq naminə ciyərimi qurban vermək istədim. Qutu boş idi… Az qala, unudacaqdım. Axı, son bir ayda paytaxtın irili-xırdalı əksər dükanlarını dolaşmışdım, sinəmə düşən 1-2 marka siqaretdən tapım deyə. Tapa bilməmişdim. Sonra məcburən, damaq dadıma daban-dabana zidd olan başqa bir siqaret almış, gecələr öskürəkdən evdəkilərin yuxusuna haram qatmışdım.

Və öskürəyin səyi nəticəsində yuxudan ayılıb, səhərədək yerimin içində düşünmüşdüm: axı bu, kimə və niyə lazımdır? Artıq psixoloji gərginlik həddinə çatan siqaret böhranı kimin, ya da kimlərin iqtisadi maraqlarını təmin etməyə hədəflənib? Əsas tələbat olan siqaret markalarının, naməlum səbəblərdən bazardan çıxarılması kimlərinsə arasında nüfuz savaşının təzahürüdürsə, bunu daha rahat yolla həll etmək olmazmı? Məsələn, tutursan birinin qulağından, nəzarətində olanları alıb verirsən digərinin nəzarətinə. Yeni adam da köhnə qaydada bu işi davam etdirir.

Gələk büdcənin maraqlarına. İqtisadçı deyiləm. Statistik rəqəmlərlə də işim olmaz. Sadəcə məni bir nüans maraqlandırır: Nağdsız ödəniş sisteminə keçidlə əlaqədar son bir ayda tütün məhsullarının satışdan yığışdırılması sahibkarlara və onların qazancından formalaşan büdcəyə nə qədər ziyan vurdu? Yəni, əldə olunması üçün bütün imkanların səfərbər edildiyi o 1 faiz var ha, o 1 faiz, bir gündə nağd siqaret satışı ilə bağlı bazarda fırlanan bir neçə yüz milyon manatdan dahamı çox iqtisadi dividend gətirəcək?

Курение в общественных местах
© Sputnik / Владимир Астапкович

Üstəlik nəzərə almalıyıq ki, yerli firmaların çökdürülməsi ölkənin sərhəd regionlarında digər qonşularımızın istehsalı olan tütün məhsullarının "meydan sulaması" ilə nəticələnir. Cənub bölgəsində İran, şimal bölgəsində Rusiya (Dağıstan), qərb bölgəsində Gürcüstan mənşəli siqaretlərin yerli məhsulları sıxışdırmağa başladığı xəbərlərini eşitməyənlərin sayı çox azdır.

Bundan da başqa, leqal istehsal və ticarətlə məşğul olan, vergisini, rüsumunu ödəyən firmalara divan tutmaq bazara parazitlərin doluşması üçün fürsət yaradır. Piştaxtalarda leqal siqaretlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutur. Belə siqaretlərə qarşı mübarizə isə faktiki olaraq aparılmır. Nəticədə, bundan həm dövlət, həm iş adamları, həm də siqaret çəkən əhali qrupu zərərli çıxır.

Və yaranan mənzərə: aksiz markalı və öldürücü təsiri daha az olan siqaretlərin qıtlığı (ya da ümumiyyətlə aradan qalxması), qaçaqmal və ciyərlərimizi daha qısa müddətdə parçalayan məhsulların bazarı bürüməsi, qiymətlərin süni şəkildə qaldırılması, nəhayət dövlət büdcəsinə daxil olan vergi və rüsumların azalması. Bizə bumu lazımdır?

Əlaqədar

Siqaret cibində partladı
Ölkədə siqaretlər yenidən bahalaşdı
Siqaret ilə bağlı cəzalar artırıldı
Azərbaycanın ən çox siqaret çəkilən rayonları bunlardır
Siqaret və spirtli içkilər bahalaşıb
Bu gündən bütün siqaretlər yeni qiymətlə satılacaq
Siqaret satışı ilə bağlı sərt qərar qəbul edildi
Ölkəyə siqaret keçirmək istəyən şəxs yaxalandı
Teqlər:
ciyər, qaçaqmal, leqal, satış, tütün, öskürək, siqaret, firma, məhsul

Əsas mövzular