14:37 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Süpürgəçi, arxiv şəkli

Artıq süpürgəçilərə ehtiyac qalmayacaq

© Foto : APA
CƏMİYYƏT
Qısa URL
30720

Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb

BAKI, 11 fev — Sputnik. Bakı Nəqliyyat Agentliyi küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib. Sputnik Azərbaycan bu barədə BNA-ya istinadən məlumat verir.

Müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməsinə dair məsələlər öz əksini tapıb. 

BNA-dan bildiriblər ki, qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib. Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb.

Əlaqədar

Alim: “Azərbaycanda alimin maaşı süpürgəçinin maaşından da azdır”
Süpürgəçi yerdən tapdığı 30 min dolları sahibinə qaytardı
Teqlər:
təhlükəsizliyə riayət edilməsi, süpürən-təmizləyən maşınlar, Ədliyyə Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Nazirlər Kabineti, Bakı

Əsas mövzular