07:18 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
16912

ABB: Sərt monetar siyasət makroiqtisadi sabitliyin təmin olunması üçün zəruridir

BAKI, 9 fev — Sputnik. Azərbaycan Beynəlxalq Bankı (ABB) bir sıra tikinti şirkətləri vasitəsilə təklif etdiyi 20 illik ipoteka kreditini dayandırıb. Bu barədə Sputnik Azərbaycan-a bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli məlumat verib.

Yadigar Cəfərli
facebook Yadigar Cəfərli
Yadigar Cəfərli

O, ABB-nin ipoteka kreditlərinin verilməsini dayandırmasının səbəbini belə izah edib: "Bu gün ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. Sərt monetar siyasət bu sabitliyin təmin olunması üçün zəruridir. Uçot dərəcəsinə yaxın faiz dərəcələri (15%) ilə qısamüddətli risksiz monetar alətlər olduğu halda, məhdud likvid manat vəsaitlərinin uzunmüddətli (20 il), həm də yüksək kredit və digər risklər daşıyan 10%-li kredit qoyuluşlarına yönəldilməsi Bank tərəfindən ən azı irrasional qərar olardı. Gələcəkdə makroiqtisadi göstəricilərdən asılı olaraq, bank ipoteka layihələrinin bərpasına qərar verə bilər".

Bankdan o da bildirilib ki, mənzil krediti layihəsi çərçivəsində ABB ilə əməkdaşlıq edən MTK-lardan yaşayış sahəsinin alınması məqsədilə borcalana verilmiş kreditin müvafiq meyarlarla digər potensial borcalanların adına keçirilməsi mümkündür.

Əlaqədar

Gənclər hansı şərtlərlə ipoteka əldə edə bilərlər?
Prezident ipoteka ilə bağlı gözlənilən fərmanı verdi
Gələn həftədən dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq
"Güzəştli mənzil" sisteminin güzəştli ipotekadan hansı fərqləri olacaq?
İpoteka söhbəti bağlandı?
"Kupça"sız mənzillərə ipoteka krediti veriləcək?
Bu sənədlər olmadan ipoteka krediti ala bilməyəcəksiniz
Teqlər:
makroiqtisadi sabitlik, ABB, ipoteka, tikinti, Azərbaycan Beynəlxalq Bankı, kredit

Əsas mövzular