08:27 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
549 0 0

Əli Həsənov: "Məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir"

BAKI, 9 fev — Sputnik. "Cənab Prezidentin məcburi köçkünlərə yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (QMKİDK) keçirilən müşavirədə komitə sədri Əli Həsənov deyib. Müşavirədə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Fərmanından və "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" 2017-ci il 24 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Ə. Həsənov qeyd edib ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir. Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir.

"Mən və müavinlərim həmin ərazilərdə olacağıq" — deyən QMKİDK sədri, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki "Energetik" pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıb.

Sonda Əli Həsənov bu Fərman və Sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.

Əlaqədar

Bərdədə məcburi köçkün intihar etdi
Bu kateqoriyadan olan məcburi köçkünlər aylıq müavinət ala bilməyəcəklər
Bu xəbər məcburi köçkünləri məyus edəcək
Deputat: Qaçqın və məcburi köçkünlərə ayrılan vəsaitlər yeyilir
Köçkünlərə ağılasığmaz borc yazılması məsələsinə rəsmi reaksiya: "Zavod işlədirlər?"
Teqlər:
QMKİDK, sayğac, icra, məcburi köçkün, elektrik, Əli Həsənov

Əsas mövzular