CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dubaydan Bakıya, oradan da Rusiyaya "qızıl yol"

CC0 / Photo-Mix / Jewelry StoreЗолотые ювелирные украшения, фото из архива
Золотые ювелирные украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı zərgərlər Qərbin məşhur markalarından olan zərgərlik məmulatlarının surətlərini kataloqların köməyilə çıxarırlar və onlar Rusiyada yaxşı satılır

BAKI, 7 fev — Sputnik. Hazırda qızıl və zinət əşyalarına tələbat elə də yüksək deyil. Amma hər yerdə olduğu kimi qızıl bazarında da vəziyyət ağırdır. Bu barədə Sputnik Azərbaycan-a adının çəkilməsini istəməyən məşhur zərgər deyib.

Azərbaycanın gömrük orqanları ölkəyə qanunsuz yollarla 354,7 qram qızıl-zinət əşyaları gətirməyə cəhdin qarşısını alıblar.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Müsadirə edilən əşyalar — 12 üzük, 7 cüt sırğa, 4 boyunbağı, 3 qolbağı, iki bilərzik, 1 boyunbağı olub.

Слитки золота. Архивное фото - Sputnik Azərbaycan
RUSİYA
Azərbaycanlı milyarderin oğlu dünyanın ən böyük qızıl yatağını ələ keçirib

Zərgərin sözlərinə görə, o, Dubaydan qızıl gətirən qaçaqmalçılarla işləmir. Amma Azərbaycana qaçaqmalçılıq yolu ilə zərgərlik məmulatlarının Dubay (Birləşmiş Ərəb Əmirlikləri), yaxud da İstanbuldan (Türkiyə) gətirildiyi məlumdur. Bununla yanaşı, Azərbaycana qaçaqmalçılıq yolu ilə Rusiya istiqamətindən də qızılın gətirildiyi bildirilir.

"Bizim tərəfimizdən leqal yolla BƏƏ və Türkiyədən gətirilən, həmçinin Azərbaycanda hazırlanan qızıl və zinət əşyaları satılır. Elə qızıllar var ki, onlar xaricdən sənədləşdirilərək gətirilib və idxala görə dövlət rüsumu ödənilib" — zərgər bildirib.

Onun sözlərinə görə, satışdakı qızıllar əsasən qanunidir. Bir neçə il əvvəl xüsusi şəxslər tərəfindən Azərbaycandan alınmış qızıllar xaricə çıxarılırdı.

"Adamlar Rusiya, həmçinin Dağıstandan alınmış qızılları da xaricə çıxarırdılar. Müştərilər deyirdilər ki, Azərbaycandakı zərgərlik dükanlarında qızıl-zinət əşyaları ucuzdur" — deyə bahalı metal bazarının iştirakçısı bildirib.

"Adətən zərgərlik məmulatlarını onun əyarına görə seçmirlər. Hansı əşya xoşlarına gəlsə, onu da alırlar. Bu, zövq məsələsidir" — ekspert deyib.

Əlbəttə, əyarlara görə qiymətlər dəyişir. Unutmaq lazım deyil ki, misal üçün 750 əyarlı qızılda qızılın miqdarı 583/585 əyarlılarla müqayisədə daha çoxdur.

Oil barrel - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qara qızılın qiymətindən qara xəbər

"Hətta müxtəlif rəngli qızılların da əyarını ayırd etmək mümkün deyil. Məmulatdan asılı olaraq zərgərlər yaşılımtıl boyanın köməyi ilə sarı, ağ və çəhrayı qızılı müəyyən edirlər. Bu gün dəqiq demək çətindir ki, hansı ölkədə qızılın hansı çalarlarına daha çox üstünlük verirlər. Əgər qiymətlərdəki fərqə baxsaq, 750 əyarla 583/585 əyar arasında qiymət hər qrama görə 15-20 manat arasında dəyişir" — zərgər bildirib.

"İnsanların Tiffany and Co, Damiani, Cartier, Piaget və Qərbin digər qızıl zərgərlik məmulatları firmalarının kataloqlarında gördükləri modellər xoşlarına gəlir. Yeri gəlmişkən, bir sıra yerli ustalar onların eskizləri əsasında göstərilən rəngdə, çəkidə, əyarda, hətta analoji brilyantlarla qızıl məmulatlarının dəqiq surətlərini hazırlayırlar. Onlar Rusiyada yaxşı satılır. Bu gün demək olmaz ki, sovet dövründə olduğu kimi, hansısa vahid model var və hamı da həmin məmulatı hazırlayır. Müasir zərgərlik məmulatlarının modelləri çox zəngindir və zinət əşyalarının sifarişini müştərinin zövqü təyin edir" — ekspert deyib.

Onun sözlərinə görə, hazırda zərgərlik məmulatları əsasən əlamətdar günlərlə — toylar, yubileylər və digər əlamətdar tarixlərlə bağlı alınır.

Qiymətli metalların qiymətlərinə gəlincə, ona valyuta dəyişikliyi ciddi təsir göstərir. Qızılın qiymətini xarici valyutanın kursuna uyğun olaraq demək olar.

Слитки золота. Архивное фото - Sputnik Azərbaycan
İsveçrədə zərgər dükanından 1 milyon dollarlıq mal oğurlanıb

"Hazırda 583/585 əyarlı qızılın 1 qramının satış qiyməti 60-65 manat və əyarından, məmulatın özündən asılı olaraq daha yüksəkdir. Müştərilər adətən hədiyyə üçün 2 qramdan 5 qrama qədər qızılı olan məmulatları alırlar. Özləri üçünsə adətən daha ağır zərgərlik məmulatları seçirlər. Məsələn, əgər model xoşlarına gəlirsə, 20 qrama qədərini ala bilərlər" — zərgərlik məmulatlarının satıcısı bildirib.

Əlbəttə, 999 əyarlı qızıl tələb ediləndə alıcıya "saf qızıl" adlandırılan qızıl təklif edilir. Amma onun həqiqətən də saf qızıl olduğunu demək çətindir.

"Əsasən 583/585 və yaxud da 750 əyarlı qızıllar satılır. Təmiz qızıldan hazırlanmış məmulata isə nadir hallarda rast gəlmək mümkündür. Çünki onları bir qayda olaraq külçə şəklində satırlar. Xalis qızıldan hazırlanmış məmulatlar 2-3 qramdan başlayır və 50, 100, daha yuxarı qramla satılır. Saf qızılın bir qramı ilə külçə şəklində satılanın qiymətləri arasında fərq olur. Çünki külçə şəklində olan qızıl daha ucuz başa gəlir, nəinki qramla satılanda" — zərgər bildirir.

Xəbər lenti
0