18:03 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
45830

"Avtomobilimi həyətdə saxlayıb evə qalxıram. Səhər çıxanda görürəm ki, maşının üzərinə yemək artıqları, uşaq bezi, meyvə-tərəvəz qabığı dağılıb"

BAKI, 7 fev — Sputnik. Əvvəllər hamı zibil yeşiklərinin azlığından şikayətlənir, küçələrin, məhəllələrin zibilli olmasını bu yeşiklərin olmaması ilə əlaqələndirirdilər. Bu gün zibil yeşikləri var və artıq kifayət qədərdir. Amma…

Yenə də bir çox qəsəbələrdə, binalarda, küçələrdə zibillər yerə və ya yeşiklərin yanına atılır. Zibil qabları da gec-gec boşaldılır. Bəzi insanlarımız isə zibili yeşiyə atmaq mədəniyyətinə yiyələnməyib.

Sputnik Azərbaycan-a danışan Bakının Sabunçu rayon sakini Aynurə Əliyeva deyir ki, qonşuları çox zaman zibili eyvandan aşağı atırlar: "Bu, adətən axşam saatlarında olur. Səhər durub həyətə baxanda, belə insanlarla eyni ərazidə yaşadığın üçün peşman olursan. Qonşularım gecələr zibillərini eyvandan aşağı atırlar. Yemək artıqları, uşaq bezləri, sür-sümük həyətin ortasına səpələnmiş vəziyyətdə olur. Bəzi qonşularım isə zibil torbasını qapılarının kənarına qoyurlar. Axşamlar binaya girən it-pişik həmin zibilləri bloka dağıdır. İnsanlar niyə bu qədər təmizliyə biganə olsunlar ki?"

  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
  • Bakıdakı zibil qablarının vəziyyəti
    Bakıdakı zibil qablarının vəziyyəti
    © Sputnik / Irade JELIL
1 / 11
© Sputnik / Irade JELIL
Bakıdakı zibil qablarının vəziyyəti

Paytaxtın Nəriman Nərimanov rayonunda yaşayan Hafis Abdulov da qonşuların davranışlarından şikayətçidir. Deyir ki, gecələr həyətdə avtomobil saxlamağına peşman olur. Səhər açılanda avtomobilin üzərinə zibil atıldığını görür.

"Vallah, deməli dərd deyil. Avtomobilimi həyətdə saxlayıb evə qalxıram. Səhər çıxanda görürəm ki, maşının üzərində yemək artıqları, uşaq bezi, meyvə-tərəvəz qabığı var. Gecə kimsə çölə çıxmağa tənbəllik edib, eyvandan atır zibillərini. Amma həmin adamı tutsam…" — deyən Abdulov, yaxşı ki, sakin zibil atan qonşusunu tutsa, nə edəcəyini söyləmir.

Ekoloq Vaqif Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, zibilliklərin təmizlənməsi müəyyən icra qurumlarının və ya Mənzil İstismar Sahəsinin (MİS) vəzifə məsuliyyətləri sırasındadır: "Ancaq təəssüflər olsun ki, bəzi qurumlar öz vəzifə məsuliyyətlərini başa düşmür. Əvvəl bu qurumlar indikindən də zəif çalışırdı. Amma indi fikir verirəm ki, qismən təmizləyirlər. Düzdür, Qərb dövlətləri təmizlik işlərinə bizdən tez başlasa da, onlar da bu problemin qarşısını hələ tam ala bilməyiblər. Bu gün aidiyyatı qurumlar öv vəzifələrini yerinə yetirsə, insanlar da təmizliyə riayət edərlər. Əgər qanunlar icra edilmirsə, bələdiyyələr, icra hakimiyyətləri öz vəzifələrini layiqincə yerinə yetirə bilmirsə, insanlardan da diqqətli olmağı gözləmək olmaz".

Müsahibimiz bildirir ki, bu məsələdə ictimai qınaq çox önəmlidir: "Zibili küçəyə, həyətə, zibil qabının yanına atanlar başa düşməlidirlər ki, bu həyət, bu küçə ona aiddir. Yolda, parkda tum çırtlamaq, siqaret çəkib kötüyünü yerə atmaq, küçəni, həyəti, parkı zibilləmək vicdan məsələsi olsa da, bu şəxslər mütləq cərimələnməlidir. Bəlkə cərimə bu insanları bir az məsuliyyətli olmağa məcbur edər. Amma gəlin etiraf edək ki, küçəni, parkı, həyəti zibillədiyinə görə bu günə qədər kimsə cərimələnməyib".

Zabratın su altında qalmış küçələri
© Sputnik / Irade JELIL

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları ilə bağlı inzibati xətalar mövcuddur: "İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsində qeyd edilir ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atanlar 50 manat məbləğində cərimə edilir. Bu maddənin 4-cü bəndində qeyd edilir ki, şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Bu maddə zibil qablarının normal yerləşdirilməməsi ilə bağlıdır. Bəzən qablar harada gəldi qoyulur, bu zaman vətəndaş şikayət edib, zibil qablarının yerləşdirilməsinə öz müdaxiləsini edə bilər".

Həmsöhbətimiz bildirir ki, kimliyindən asılı olmayaraq hamı zibili hara atdığını bilməlidir və qurumların da borcudur ki, zibil təmizlənsin: "Bildiyimə görə, bələdiyyələr, icra qurumları, MİS buna görə hər evdən aylıq xidmət haqqı yığır. Buna görə də, zibil qutularının vaxtında təmizlənməsinə borcludurlar. O ki qaldı zibil tullantılarının qablardan kənara atılmasına, bu zaman zibili atan şəxs 50 manat məbləğində cərimələnir. Siz belə hala şahid olsanız, sübutla bələdiyyəyə, icra qurumuna və ya MİS-ə şikayət edə bilərsiniz".

Əlaqədar

Zibil boşaldarkən canından oldu
Yasamal sakinləri zibilə düşüblər
Məktəblilər çimərlikdəki zir-zibilləri təmizlədilər
Zibillikdən doğan təmizlik haqda eqosentrik tamaşa
Teqlər:
səhər, əşya, zibil, axşam, Bakı, Azərbaycan, avtomobil

Əsas mövzular