CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında müsabiqə keçirilir

© Photo : НТВПресс-конференция, посвященная международному детскому вокальному конкурсу телеканала НТВ Ты супер!
Пресс-конференция, посвященная международному детскому вокальному конкурсу телеканала НТВ Ты супер! - Sputnik Azərbaycan
Abunə olmaq
Valideyn himayəsindən məhrum olmuş azərbaycanlı uşaqlar Rusiyanın NTV kanalında yarışacaqlar

BAKI, 6 fevral — Sputnik. Sputnik İnformasiya Agentliyi və Radiosu Rusiyanın NTV telekanalında (НТВ) keçirilən "Sən supersən!" beynəlxalq vokal istedadlar müsabiqəsinin informasiya tərəfdaşı qismində, layihənin ilkin seçimindən keçmiş Azərbaycan təmsilçiləri Pərvanə Alcanova (Bakı) və Xoşqədəm Mehdiyevanı (Gəncə) dəstəkləyəcək.

© Sputnik / Murad OrujovPərvanə Alcanova
Pərvanə Alcanova - Sputnik Azərbaycan
Pərvanə Alcanova

NTV-nin "Sən supersən!" layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Layihədə uşaq evlərinin yetirmələri, internat məktəblərinin şagirdləri və ailələrə övladlığa verilmiş uşaqlar iştirak edirlər. Sputnik şouya hazırlıq və efir müddətində iştirakçıların həyatını izləyəcək, oxuculara bu barədə doğma dillərində məlumat verəcək. Sputnik-in portallarında şounun canlı yayımları təşkil ediləcək, oxucular və sosial şəbəkə istifadəçiləri isə layihənin gedişatı haqqnda müzakirələrdə iştirak edə və ölkələrinin nümayəndələrini dəstəkləyə biləcəklər.

Azərbaycandan olan layihə iştirakçıları dünən rəsmi təmsilçilərin müşayiəti ilə Moskvaya yollanıblar. Müsabiqə çərçivəsində iştirakçılarla peşəkar müəllimlər və musiqi prodüsseri işləyəcək. Uşaqlar şou müddətində məktəb proqramı üzrə təhsillərini davam etdirə biləcəklər.

© Sputnik / Murad OrujovXoşqədəm Mehdiyeva
Xoşqədəm Mehdiyeva - Sputnik Azərbaycan
Xoşqədəm Mehdiyeva

"Sən supersən!" musiqi şousunun tərəfdaşı olan Sputnik Beynəlxlq İnformasiya Agentliyi və Radiosu öz redaksiya mərkəzlərinin bazasında MDB və Baltikyanı regiondakı 14 ölkədə seçim keçirib. Müsabiqədə MDB və Baltikyanı regionu Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Qırğızıstan və Estoniya da daxil olmaqla 10 ölkədən olan istedadlı uşaqlar təmsil edəcəklər.

"Sən supersən!" müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Şounun aparıcısı Rusiyanın məşhur teleaparıcısı Vadim Takmenyov olacaq. "Sən supersən!" uşaq vokal müsabiqəsinin premyerası 11 fevral tarixində NTV telekanalında baş tutacaq. Şounun yeniliklərini Sputnik Azərbaycan resurslarında izləmək olar.

NTV — Rusiyanın bütün ərazisində yayım həyata keçirən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır. NTV Rusiya Federasiyasının bütün subyektlərində yayımlanaraq, ölkə əhalisinin 99,2%-ni əhatə edir. NTV Rusiyadan kənarda — yaxın xaric, Avropa, Yaxın Şərq, Şimalı Amerika və Avstraliyadakı rusdilli tamaşıcılar üçün iki beynəlxalq versiya — NTV-Dünya (НТВ-Мир) və NTV-Amerika (НТВ-Америка) istehsal edir.

NTV yarandığı gündən əsas televiziya janrlarında məhsullar yaradır və inkişaf etdirir. Telekanalın verilişləri arasında jurnalist araşdırmaları, ictimai dəyəri olan mövzular haqda diskussiyalar, ilk növbədə isə NTV-nin yayımının əsasını təşkil edən xəbərlər və analitik materiallar liderlik edir. Telekanal kollektivinin peşəkarlığı Rusiya və dünyada qəbul edilib. NTV-nin aparıcıları və müxbirləri hər il dövlət və jurnalist mükafatlarına layiq görülürlər. Kanalın əyləncə layihələri dəfələrlə müxtəlif mükafatlara sahib olub.

Xəbər lenti
0