21:00 10 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Mobil telefonunun nömrə karti

Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırıldı

© Sputnik / Igor Zarembo
CƏMİYYƏT
Qısa URL
798002

Mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır

BAKI, 2 fev — Sputnik. Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.

Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.

Mobil operatorlardan bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır. Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.

Əsas mövzular