19:00 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
CƏMİYYƏT
Qısa URL
14 0 0

Səyyar ASAN xidmət Ədliyyə Nazirliyi, DİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur

BAKI, 31 yan — Sputnik. Səyyar ASAN xidmət fevralın 1-dən 15-dək Cəlilabad, Göygöl, Hacıqabul, Oğuz şəhərlərində, 1-dən 10-dək Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində, 1-dən 20-dək Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, fevralın 1-dən martın 1-dək isə Mingəçevir və Quba şəhərlərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. 

“ASAN xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar “ASAN qatar” fevralın 1-dən 15 gün müddətində Qazax şəhərində vətəndaşların xidmətində olacaq. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; 

ASAN Viza istifadəçisi
© Sputnik / Murad Orujov

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Əsas mövzular