10:58 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Tovuzun Qəribli kəndində yaşayan Adıgözəlovların məişət şəraiti acınacaqlı vəziyyətdədir

Yarıuçuq daxma, ölmüş ümidlər və dörd qərib...

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
237422

"Hər gecə yatağa girəndə fikirləşirik ki, görəsən, bu tavan üstümüzə bu gecəmi uçacaq"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 yan — Sputnik. İstiqamətimiz Tovuz rayonunun dağ kəndi olan Qəribliyədir. Yolboyu kənarları bəzədilmiş küçələrdən və bir-birini təkrarlayan parkların arasında keçərək, üzü dağa qalxırıq. Və avtomobil yolunun bitdiyi cığıra çatırıq. Buradan piyada Adıgözəlovlar ailəsinin evə bənzər tikilisinə üz tuturuq.

Onlar taxtadan qurulmuş, sarı palçıqla suvanmış, həm yataq otağı, həm mətbəx, həm də hamam kimi istifadə edilən 22 kvadratmetrlik bir daxmada yaşayırlar. Daxmanın tavanı yüngül bir yeraltı təkan, yaxud güclü qar baş verəcəyi təqdirdə hər an uça bilər.

Burada 4 nəfərin yatdığı 3 çarpayı, şkaf kimi istifadə edilən, qapısı sınmış soyuducu, odun sobası və stəkan əvəzi istifadə edilən kiçik bankalardan başqa, demək olar ki, heç nəyə sahib olmayan, yavan çörəyə möhtac olan ailə yaşayır — ata və övladları. Əgər buna yaşamaq demək mümkündürsə…

Ailə başçısı, 1950-ci il təvəllüdlü Məhəmməd Adıgözəlov, 15 ildən artıqdır yaşadıqları bu daxmanı qayınatasının köməyi ilə tikib. Ağır şəraitə dözməyərək xəstələnən həyat yoldaşı, kiçik övladları Babək hələ körpə olarkən vəfat edib. Ailənin böyük qızı fiziki qüsurlu olduğundan, onu ortancıl uşaq — Dürdanə saxlayıb. Bu səbəbdən də o, ikinci sinifdən məktəbi tərk etməli olub.

  • Tovuzun Qəribli kəndində yaşayan Adıgözəlovların məişət şəraiti acınacaqlı vəziyyətdədir

1 / 9
© Sputnik / Ilham Mustafa
Tovuzun Qəribli kəndində yaşayan Adıgözəlovların məişət şəraiti acınacaqlı vəziyyətdədir

"Hər gün kənd mərkəzinə gedib, birinin odununu yarır, birinin suyunu daşıyıram. Əlimin qabarı ilə evimə yavan çörək gətirməyə çalışıram. Çox vaxt əliboş qayıdıram. Bir il olmaz ki, sosial yardım verirlər. Amma deyilənə görə, onu da kəsəcəklər" — deyir Məhəmməd kişi.

Daxmanın tavanını göstərir — çöküb. Yağıntılı vaxtlarda hər yerindən su damır: "Yağış yağanda otağın bir neçə yerinə su qabları düzürük. Hər gecə yatağa girəndə fikirləşirik ki, görəsən, bu tavan üstümüzə bu gecəmi uçacaq".

Oğlu Babək artıq 18 yaşa çatsa da, atasına kömək etmək iqtidarında deyil. Buna səbəb isə onun anadangəlmə qasıq yırtığı ilə doğulmasıdır. Yalnız cərrahiyyə əməliyyatı ilə sağalması mümkün olan bu xəstəlik, imkansızlıq üzündən yeniyetməni yeyib-bitirir.

Ailədə 4 nəfər olmasına baxmayaraq, otaqda 3 çarpayı diqqətimi çəkir. Sən demə, Dürdanə elə körpəlikdən, qayğısını çəkdiyi böyük bacısı ilə eyni çarpayıda ayaq-baş vəziyyətdə yatırmış. Hətta, əlavə çarpayı tapılsa belə, evin içərisində onu sığışdıracaq yer yoxdur.

Adıgözəlovların Mehman və Rəfail adlı qonşuları ilə də söhbətləşirik. Onların dediklərinə görə, Məhəmməd kişi oxuma-yazma bilmədiyi üçün, hökumət idarələrində hüquqlarını da müdafiə edə bilmir. Yəni, ailədə savadlı biri olmadığından, uşaqlara əlillik müavinəti almaq üçün aidiyyəti qurumlara müraciət edən yoxdur.

Ailənin vəziyyəti ilə bağlı kənd icra nümayəndəsi Allahyar Rəhimovla əlaqə saxladıq. O, Adıgözəlovlar ailəsinin vəziyyətindən xəbərdar olduğunu, dövlətin ailəyə hər ay 140 manat sosial yardım verdiyini, bundan başqa kənd camaatının da mütəmadi olaraq onlara köməklik göstərdiyini bildirdi. Bununla yanaşı, qeyd etdi ki, ailənin fiziki qüsurlu üzvlərinə əlillik müavinəti düzəltmək üçün özləri aidiyyəti qurumlara müraciət etməlidirlər.

Beləcə, geri döndük. Həm də arxamızda, tavanın üstlərinə uçacağı günü gözləyən 4 çarəsiz insan, 4 cüt kədərli göz buraxaraq…

Əlaqədar

Azərbaycanda kapitalizmdən bixəbər kənd: burada varlı ilə kasıb bir-birindən seçilmir
Varlılar çox yaşayır, yoxsa kasıblar?
"Kasıbların bankiri"ndən ibrətamiz açıqlamalar
Cəmiyyət təşvişdə: kasıb balalarının ali məktəbə yolu bağlanır?
Kasıb uşaqların ali məktəbə yolu biryolluq bağlana bilər
Bilirsiniz, əsl kasıblıq dövrü nə vaxt başlayacaq?
Rusiyada 22 milyon adam kasıb yaşayır
Teqlər:
daxma, kasıb, Adıgözəlov, Qəribli, övlad, kişi, Tovuz, ailə, qadın, uşaq

Əsas mövzular