04:38 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov

Kulinarlarımız İsveçrəni fəth edirlər

© Sputnik / Sevda Babayeva
CƏMİYYƏT
Qısa URL
6201

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun başçılıq etdiyi heyət isveçrəlilərə əsl Azərbaycan mətbəxinin dadını bəxş edir

BAKI, 30 yan — Sputnik. İsveçrənin Sant Moris şəhərində Dünya Polo çempionatı keçirilir. Çempionat çərçivəsində dünya xalqlarına həsr olunmuş sərgidə Azərbaycanı milli kulinarlarımız təmsil edir.

Kulinarlarımız sərgidə Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanovun başçılığı ilə 12 nəfərlik heyətlə  iştirak edirlər. Sputnik Azərbaycan bu barədə Əmiraslanovun Facebook səhifəsinə istinadən məlumat verir.

Məlumata əsasən, qənnadçı və aşpazlarımız 3 mindən çox şəkərbura, kanape, pip dolması, birnəfərlik şahplov, fisincan, səbzi, paxlava, lavaş və digər məmulatlar hazırlayaraq, qonaqlara təqdim ediblər. Sərginin ilk günü 7 min nəfər milli mətbəximizin təamlarına heyran qalıb. 

Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
© Photo : Tahir Əmiraslanovun rəsmi Facebook səhifəsi
Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva

Dünən isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan guşəsinə baş çəkib. Aşpazlarımızın bişirdikləri yeməklərlə maraqlanan Leyla Əliyeva milli musiqi sədaları altında onlarla rəqs edib.

Festival bu gün də davam edəcək. 

Əsas mövzular