12:35 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Qax rayonunda İçəri bazar

Qadın və uşaqları düşməndən qorumaq üçün burada gizlədiblər

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
184040

"İçəri bazar" Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biridir

BAKI, 27 yan — Sputnik. Qax rayonunda turizm obyektləri, görməli yerlər çoxdur. Onlar arasında "İçəri bazar" da xüsusi maraq doğurur. "İçəri bazar" tarixi abidə kimi Azərbaycanın ən cəlbedici və maraqlı turizm mərkəzlərindən biri sayıla bilər. "İçəri bazar" qala kompleksinə səyahət edərək, keçmiş yüzilliklərin memarlığını yeni ideya və məzmunda duymaq, müasir reallığı hiss etmək mümkündür.

Bəzi mənbələrdə qeyd olunur ki, İlisu sultanı Adı Görklü bəy XVI əsrdə Qax qalasını tikdirib. "İçəri bazar" XIX əsrin sonları — XX əsrin əvvəllərindən yaşayış yeri, mədəni əyləncələr yeri, xalq yaradıcılığının və milli bayramların keçirilməsi yeri kimi də öz funksiyasını davam etdirib.

Sputnik Azərbaycan-a danışan tarixçi Məcid Mehraninin sözlərinə görə, "İçəri bazar"ın tarixi XV əsrə gedib çıxır: "Ümumiyyətlə, orta əsrlər dövrünə aid qalalar, adətən iki cür olurdu. Birincisi qalaiçidir. Qalaiçində olanlar adətən ticarətlə, sənətkarlıqla və sairlə məşğul olurdular. İkincisi, qalaçölüdür. Qalaçölündə yaşayanlar isə kənd təsərrüfatı — əkinçilik, maldarlıq və sairlə məşğul olurdular".

"Amma yadelli hücumu olan vaxt qalanın çölündəkilər də qalanın içinə sığınıb müdafiə olunurdular. Hücum dəf olunanadək orada mübarizə aparırdılar" — tarixçi bildirir.

Mehraninin dediyinə görə, vaxtilə bu qalanın çölündə bir türk hamamı olub: "Həmin hamamda daşın üzərində 1485-ci il göstərilmişdi. Əgər o, qaladan sonra tikilmiş olsaydı, yəqin ki, qalanın içərisində olardı. Görünür, qala bundan daha əvvəl tikilib. Çünki bu tip tikililər, adətən qala içərisində olurdu. İndiki "İçəri bazar"ın görünüşündən isə ancaq iki tərəfdən giriş və çıxış qapıları qalıb".

  • Qax rayonundakı İçəri bazar qala kompleksi
    Qax rayonundakı "İçəri bazar" qala kompleksi

1 / 12
© Sputnik / Shahperi Abbasova
Qax rayonundakı "İçəri bazar" qala kompleksi

"50-60 il bundan əvvəl oradakı qalıqlar daha köhnə qaydalara uyğun idi. Belə ki, mağazaların, bütün ikimərtəbəli binaların hamısında eyvan var idi. Eyvanın altında isə açılıb-yığılan taxta qapı və pəncərələr var idi. Çünki burada mağazalar, dəmirçi və qalayçı sexləri, misgərlər, zərgərlər və s. olub. Tikililərin bu cür olması təsadüf deyildi. Eyvanların, ikimərtəbəli binaların bu cür tikilməsinin səbəbi bu bazarda gəzən insanların yağışda, qarda, günəşli havalarda daldalanaraq asanlıqla gəzməsini təmin etmək idi" — tarixçi danışır.

Həmsöhbətimiz hazırda "İçəri bazar"ın bir giriş-çıxışının olduğunu deyir: "Yolun yalnız bir hissəsində "P" şəklində ikimərtəbəli binalar var. Həmin köhnə binaların 3 metrə yaxın zirzəmiləri var idi. Bu zirzəmilərdə həm düşməndən qorunmaq üçün müdafiə məqsədilə qadınlar və uşaqlar gizlənirdi, həm də əhali orada ərzaq saxlayırdı. Ancaq indi o zirzəmilər və ikimərtəbəli binalar dağıdılıb. Türk hamamları da Sovet dövründə dağıdılıb".

Tarixçinin bildirdiyinə görə, 1963-1965-ci illərdə dağıntılar altından 3 tonluq, 5 tonluq, bəzən də 10 tonluq küplər çıxıb: "O küpləri insanlar alırdılar və çaxır üçün istifadə edirdilər. Lakin bu küplər çaxır üçün deyildi. İnsanlar orta əsrlərdə ondan qalada su və ərzaq ehtiyatı saxlamaq üçün istifadə edirdilər. Çünki döyüşlər bir aya yaxın davam edirdi. Sonra həmin küpləri Sovet dövründə çıxarıb apardılar. Bu da qalanın mahiyyətini, simasını itirməsinə səbəb olurdu. O küplər indi yerində qalsaydı, ayrıca abidələr olacaqdı".

Mehrani qeyd edir ki, "İçəri bazar"ın səki və sərbəndinin 50-60 il bundan qabaq özünəməxsus gözəlliyi olub: "O dövrdə sərbənd hamar kəsilmiş çay daşlarından düzülmüşdü. İndi isə həmin çay daşları yumru, əyri daşlarla əvəz olunub. Qalanın bu formada tikilməsi düşünülmüş şəkildə olub. Bu, zirzəmilər, eyvanlar və binaların bitişik tikilməsi müdafiə məqsədi daşıyıb. Bu da düşməndən qorunmaq üçün ikinci qala rolunu oynayırdı".

"İçəri bazar" qalasının digər qalalardan fərqi budur ki, bu, şəhər tipli, bazar tipli yeganə qaladır. İndi bu qalanın içində açıq kinoteatr yerləşir. Qaxdakı əlamətdar tədbirlərin çoxunu burada keçirirlər. Xüsusilə yay aylarında burada təşkil olunan festivallar, konsertlər və s. turistlərin ciddi marağına səbəb olur.

Əlaqədar

Nərgiztəpə — oğuz elinin alınmaz qalası
"Koba" Azərbaycandakı bu qalada cəza çəkib
Tarixin "xəbərçi" təpələri
Qeyb olmuş şəhər və ya gizli tarix
Tarixə keşik çəkən adam
Teqlər:
əsr, "İçəri bazar", tarixçi, qala, Məcid Mehrani, Qax, turizm, tarix, kompleks

Əsas mövzular