18:55 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
495 0 0

Yanğınsöndürən: "Hər yeri yanğın bürümüşdü. Onlar alovdan qaçaraq eyvana sığınmışdılar"

BAKI, 26 yan — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının işi həm təhlükəli, həm də qürurvericidir. Yanğın hadisələri zamanı yanğınsöndürənlərimizin necə qəhrəmanlıq göstəridiyinin dəfələrlə şahidi də olmuşuq. Sputnik Azərbaycan-ın əməkdaşı, üzərində 30 kiloqramlıq geyim və texnika ilə, həyatı bahasına xidmət aparan yanğınsöndürənlərin iş rejimi ilə yaxından tanış olmaq məqsədilə Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində (SRDYMH) olub.

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
© Sputnik / Irade JELIL
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi

Hissədən reportaj hazırlayacağımızı öncədən bilən hissə rəisi və rəis müavini bizi qapıda qarşıladılar. Rəis müavini, daxili xidmət mayoru Zaur Əlisgəndərov 17 ildir ki, bu sahədə çalışır. Deyir ki, Yanğından Mühafizə Xidmətində çalışmaq onun üçün çox qürurvericidir. Çünki onlar yanğınsöndürən adlansalar da, işləri yanğının yayılmasının qarşısını almaq olsa da, əsas məqsədləri insan həyatını qurtarmaqdır.

Rəis müavini bildirir ki, işdə hər gün ölümlə qarşı-qarşıya qalsalar da, evləri və həyatları xilas edilən insanların təşəkkürü onlara daha həvəslə işləməyə sövq edir: "Yanğınsöndürən işləmək çətindir. Sən istidə, qarda-qışda, soyuqda suyun içində olursan. Amma şərəfli peşədir".

Rəis müavini 17 illik fəaliyyəti çərçivəsində qarşılaşdığı maraqlı hadisələri də bizimlə bölüşdü: "Bir gün çağırış gəldi. Evdə yanğın hadisəsi baş vermişdi. Deməli ana, bala və nənə alovdan qaçaraq eyvana sığınmışdılar. Qonşular eyvanın altında artırma etdikləri üçün biz onların sığındığı yerə yol tapa bilmirdik. Sonra bir neçə nərdivan qurmaqla həmin eyvana yol tapdıq. Onları xilas elədik. Sonra həmin ailə yığışıb təşəkkürə gəlmişdi".

Z. Əlisgəndərov bildirir ki, ən təhlükəli yanğınlar gəmi yanğınlarıdır: "Evlər eynidir, yəni içəri girəndə əminsən ki, çıxacaq bir yerin var. Gəmi yanğınlarında isə təhlükə daha böyükdür. Çünki daxilini bilmirsən. Yadıma gəlir, bir dəfə gəmidəki yanğını söndürəndən sonra gördük ki, gəminin bir hissəsi dağılıb. Yəni bir neçə addım irəli getsəydik, dənizə düşəcəkdik".

  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
  • Daxili xidmət çavuşu Sevinc Qasımova
    Daxili xidmət çavuşu Sevinc Qasımova
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeməkxanası
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeməkxanası
    © Sputnik / Irade JELIL
  • Mirsaleh Əhmədli
    Mirsaleh Əhmədli
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
  • Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
    © Sputnik / Irade JELIL
1 / 10
© Sputnik / Irade JELIL
Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi

"Başqa bir hadisə qaz balonu partlaması olub. Yanacaqdoldurma məntəqəsinin yanında gözətçinin otağı yanırdı. Biz oranı söndürdük, içəri girmək istədikdə qoymadılar ki, "hələ içərini soyudaq". Elə şlanqın lüləsini yeni çıxarmışdıq ki, partlayış baş verdi. Bir dəfə Bayılda yanacaqdaşıyan avtomobil aşmışdı. Yanğını söndürmək üçün hərtərəfli müdaxilə lazım idi. Çünki bir tərəfdən söndürürdük, digər tərəfdən yanacaq yana-yana axıb gedirdi. Sonra biz Qaradağdan yardım istədik və yanğının qarşısını ala bildik" — həmsöhbətimiz danışır.

Onun sözlərinə görə, yanğından mühafizə iş deyil, xidmətdir: "Məsələn, indi sizinlə danışıram, amma bir saat sonra Allah bilir hansı evin damında olacağam. Bizim devizimiz var: "Nə olursa olsun, itki verməməliyik". Yəni, 10 nəfər getmişiksə, 10 nəfər də qayıtmalıyıq. Bizim işimiz yanğının yayılmasının qarşısını almaqdır. Təəssüflər olsun ki, bu iş xəsarətsiz ötüşmür. Mümkün qədər onun qarşısını almağa çalışırıq".

"Bizim geyimlərimiz çox ağırdır, 30 kiloqram çəkisi olur. Amma bizi qoruyur. Bəzən olur ki, harasa qalxanda, kiminsə ayağı sürüşür, düşür. Və yaxud, partlayış zamanı kiminsə üzü yanır. Xəsarət alanlar var, olub. Mümkün qədər onu minimuma salmışıq. Əgər əvvəl 2 ayda bir nəfər xəsarət alırdısa, indi ildə bir dəfə belə hadisə baş verir" — Əlisgəndərov əlavə edir.

Mirsaleh Əhmədli isə 2014-cü ildən yanğınsöndürmə hissəsində çalışır: "3-cü ildir ki, bu işlə məşğul oluram. Bizim işimizdə çətinliklərimiz az olmur. Maneəli yanğınlarla qarşılaşmışıq. Elə gün olur ki, heç yanğın hadisəsi baş vermir. Amma elə vaxt da olub ki, gün ərzində 4-5 dəfə yanğın hadisəsinə çıxmışıq".

Əhmədlinin sözlərinə görə, yanğınsöndürənlərin ən böyük problemi yollarda tıxacların olmasıdır. Elə buna görə də bəzən yanğınsöndürmə maşınları hadisə yerinə gecikir: "Yaxşı olardı ki, digər maşınların sürücüləri bizə yol versinlər. Bizim ən böyük problemimiz yollarda olan maşınlarla bağlı olur".

O, yanğınsöndürənlərə hər gün müəyyən dərslərin, məşğələlərin keçirildiyini bildirir. Dediyinə görə, növbədə gündəlik 20-22 nəfər olur. Burada onlar üçün yeməkxana və istirahət etmək üçün xüsusi otaqlar da var.

Daxili xidmət çavuşu Sevinc Qasımova da Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində çalışır: "Yanğın hadisəsi baş verən zaman bizə də, qəragaha da zənglər daxil olur. Həmin an həyəcan siqnalı verilir. Avtomobillər hadisə yerinə yürüş edir. Avtomobillərin çatması və hadisələrin gedişatı haqqında baş qərargaha məlumat veririk".

Qeyd edək ki, Dövlət Yanğından Mühfizə Xidməti Avropa standartlarına uyğun ən son texnika ilə təmin edilib.

Əlaqədar

Zaqatalada yanğın baş verib
Bakıda yaşayış binasında yanğın olub
Taxta məmulatları sexində yanğın
Azərbaycanın məşhur kəndində yanğın
Radiator təmiri sexində yanğın
Səngəçalda qaz kəmərində yanğın söndürülüb
Teqlər:
xəsarət, rəis, FHN, ölüm, Dövlət Yanğından Mühafizə Xidməti, yanğınsöndürən, Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Zaur Əlisgəndərov

Əsas mövzular