20:12 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
193302

Bank sektorunu sadələşdirilmiş vergi ödəyicilərinin hesabına xilas etmək qərara alındı

BAKI, 25 yan — Sputnik. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi sadələşdirilmiş vergi ödəyicilərinin həyatını çətinləşdirəcək. Söhbət əlavə xərclərin meydana çıxmasından gedir.

"Nağdsız hesablaşmalar haqqında" qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.

Nağdsız hesablaşmalarla bağlı yeni qanunun qəbulu öz maliyyə vəziyyətini yaxşılaşdırmağa çalışan ölkə banklarına maddi dəstəyin verilməsilə əlaqədardır. Hazırda ölkədə nağdsız hesablaşmaların həcminin nə qədər artacağını qabaqcadan demək çətindir, amma bundan mənfəət əldə edəcək bankları indidən proqnozlaşdırmaq mümkündür.

Ən azından ticarət sektorunun bank sisteminin köməyi ilə ödədiyi məbləğ bir neçə dəfə artmalıdır. Ötən il bəzi iri supermaketlərin nümayəndələri ticarət obyektinin rentabelliyini artırmaq üçün əlavə dəyər vergisinin ləğv olunmasının vacibliyini dilə gətirdilər.

Ticarətlə məşğul olan sahibkarlar üçün bu cəhdlər tamamilə uğursuzluqla nəticələnib. Üç supermarket şəbəkəsindəki ticarət obyektlərində aparılan vergi yoxlamalarının nəticələrinə görə, ticarət dövriyyəsinin gizlədilməsi faktı 15,4, 19,3 və 35,9 dəfə olub.

Təəccüblü deyil ki, nağdsız hesablaşmalarla bağlı qəbul edilmiş sözügedən qanunda əsas diqqət ticarət obyektlərinə yönəldilib. İllik dövriyyəsi 200 min manatdan çox olan ticarət obyektləri ayda 30 min manatadək nağd hesablaşma həyata keçirə biləcəklər, digərləri üçün bu rəqəm 15 min manatdır.

Yeri gəlmişkən, siqaret çəkənlər bu qanunun "gözəlliyi"ni ilk olaraq öz üzərilərində hiss etdilər — növündən asılı olaraq siqaretlərin qiyməti 20-60 qəpik artdı. Topdansatış mərkəzləri bunun səbəbini gizlətmədi. Bildirdilər ki, bu qiymət artımının səbəbi nağdsız hesablaşmalarla bağlı qanundur. Çünki bu qanunda nəzərdə tutulanların tətbiqi nəticəsində gəlirlərin hamısını göstərmək lazım gələcək və deməli, vergi öhdəlikləri də artacaq.

Sadələşdirilmiş vergi ödəyicilərini də əlavə xərclər gözləyir. Müvafiq olaraq, qonorar, maaş və sairin ödənilməsinin nağdsız həyata keçirilməsi tələbi ilə bağlı bankirlərin gəlirləri və dövlət büdcəsinə köçürmələr artacaq. Qeyd edək ki, 740 mindən artıq vergi ödəyicisi bank hesablarından vəsait çıxarmağa görə 1% həcmində sadələşdirilmiş vergi ödəyəcək. Bura nağdlaşdırmaya görə banka ödənilən komissiyanı da əlavə etmək lazımdır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta aylıq əmək haqqı 2016-cı ilin yanvar-noyabr aylarında 494,3 manat təşkil edib. Sözsüz ki, banklar heç də pis dividend əldə etməyəcək, çünki vergi ödəyiciləri aprelin 1-dən yeni sistemə keçəcəklər.

Kimsə etiraz edə bilər ki, nağdsız hesablaşmaların tətbiqi ölkədə sivil bazar münasibətlərinin yaranmasına aparır. Lakin biznesin idarə olunması və gəlir əldə edilməsinin manatın devalvasiyası ilə bağlı çətinləşdiyi ağır dönəmdə əhali qəbz kitabçası, ödəniş bank kartı və s.-in alınması üçün vəsait xərcləməli olacaq.

Növbəti dəfə Azərbaycan hökuməti islahatların keçirilməsini vətəndaşların çiyninə atır. Vətəndaşların hesabına ölkədəki 32 bankı xilas etmək, büdcə gəlirlərini artırmaq qərarı verilib. Hələ yeni qaydalara keçid və yeni sənədlərin doldurulması ilə bağlı sahibkarların vaxt itirməsinin onların həyatını daha da ağırlaşdıracağını demirik. Ayrıca, hökumət bir çox biznesmenin sovet dövründə böyüdüyünü və nağdsız hesablaşmalara keçidlə bağlı yenilikləri çətin qavradığını yada salsa, pis olmaz.

Ölkədə nağdsız hesablaşmalara keçid yeni qanun və qərarların ortaya çıxması ilə deyil, bir çox sahibkarların maliyyə savadsızlığının aradan qaldırılması ilə həyata keçirilməlidir. Sadələşdirilmiş vergini ödəyənlər istehlakçılardır və nağdsız hesblaşmalara keçidin, o cümlədən bankların ödəmə kartları ilə ödəniş həyata keçirməyin əvəzində güzəşt əldə edə bilərdilər.

Məsələn, həmin ticarət mərkəzlərində alver edərkən onlar üçün ƏDV aşağı salına bilər. Gələcək yüksək gəlirləri nəzərə alaraq banklar da öz rüsumlarına yenidən baxsa, pis olmaz…

Əlaqədar

Mərkəzi Bankdan manatla bağlı əhaliyə xəbərdarlıq
Banklarla əhali arasında yeni problem meydana çıxıb
Bakıda bankomatdan 40 min manat oğurlandı
Mərkəzi Bankdan radikal addım: nağd pul kütləsi nəzarətə götürüldü
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Dolların real məzənnəsi bankların ixtiyarına buraxılır
Bu bankın rəhbəri dəyişdi
Teqlər:
nağdsız hesablaşma, ödəmə, faiz, əhali, vergi, bank, hökumət

Əsas mövzular