12:06 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
71201

"Yandex.Taksi" əvvəlcə Azərbaycanın dövlət qurumlarına müraciət etməlidir

BAKI, 25 yan — Sputnik. "Rusiyanın "Yandex.Taksi" şirkətinin Azərbaycanda fəaliyyətə başlaması üçün onun bir neçə mərhələdə qeydiyyatdan keçməsi lazımdır". Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a verdiyi açıqlamada, Azərbaycan qanunvericiliyinə əsasən, taksi xidməti göstərən şirkətin birbaşa RYTN ilə əlaqə qurmalı olduğunu bildirib. 

Onun sözlərinə görə, məhz bu səbəbdən Rusiyanın "Yandex" şirkəti ilk növbədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qeydiyyatdan keçməlidir: "Bundan sonra "Yandex.Taksi" taksi fəaliyyəti üçün BNA-dan fərqlənmə nişanı almalıdır. Lakin hələlik agentliyə bu barədə hər hansı müraciət daxil olmayıb". 

Amma "Trend" agentliyi məlumatlı mənbəyə istinadən bildirib ki, yaxın zamanlarda Rusiyanın "Yandex" şirkətinin Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayacaq. Şirkətin məqsədi "Yandex"in azərbaycanlı istifadəçilərinə "Yandex.Taksi" xidmətinin göstərilməsidir.

"Yandex"in Azərbaycan nümayəndəliyinin açılması üçün artıq Moskva ofisi lisenziyalı proqramların sertifikatları ilə bağlı məsələni həll edib. Hazırda naviqasiya sistemi ilə bağlı məsələ həll olunur" — deyə mənbə bildirib.

Qeyd edək ki, hazırda sözügedən xidmət Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Ermənistanda mövcuddur. Maraqlıdır ki, "Yandex.Taksi" öz fəaliyyətini xidmət göstərdiyi ölkənin dilində qurur. Odur ki, "Yandex.Taksi" Azərbaycanda da öz xidmətini də Azərbaycan dilində quracaq.

Məlumata görə, hazırda "Yandex" Azərbaycanda taksi istifadəçilərinə xidmət göstərəcək mütəxəssisləri toplayır.

Əlaqədar

Sərnişinlər sadəcə taksiyə mindiklərinə görə pul ödəyəcəklər
Bakıda taksi sürücüləri ilk dəfə xəbərdarlıqla canlarını qurtardılar
Ekspert: İctimai qurumlar da taksi fəaliyyətinə nəzarət etməlidir
Bakıda taksi sürücüsünün boğazına bıçaq dirəyərək avtomobilini əlindən aldılar
Bakı Nəqliyyat Agentliyi taksilərə ciddi nəzarət etməlidir
Teqlər:
Yandex, Bakı Nəqliyyat Agentliyi, taksi

Əsas mövzular