01:02 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
541 0 0

İstefada olan polis çoxdandır psixi pozğunluqdan əziyyət çəkirmiş, son zamanlar isə xəstəliyi daha da inkişaf edibmiş

BAKI, 25 yan — Sputnik. Bakıda keçmiş polis əməkdaşı intihar edib. Bu barədə Sputnik Azərbaycan-a paytaxtın Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Xəbərə görə, 1960-cı il təvəllüdlü Quliyev Ramiz Xudaverdi oğlu saat 21:10 radələrində özünü 7-ci mikrorayonda 18 mərtəbəli binanın 8-ci mərtəbəsindən atıb. İlkin məlumatda bildirilir ki, 1990-cı illərdə Ramiz Quliyev Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin rəis müavini işləyib.

Hazırda Binəqədi rayon prokurorluğu intiharın səbəbini araşdırır. Təkcə o məlumdur ki, R. Quliyev psixi pozğunluqdan əziyyət çəkirmiş və bununla əlaqədar istefaya gedib.

Son zamanlar onun xəstəliyinin daha da inkişaf etdiyi bildirilir. İntihara da bu amilin səbəb ola biləcəyi ehtimal olunur.

 

Əlaqədar

Yaşlı qadın özünü asaraq intihar edib
Yeniyetmə yaşında intiharların vacib bir səbəbi var
İntihar edən azərbaycanlı məşhurlar
Bakı kəndində zəncirvari intihar dalğası və açılmamış sirlər...
Polis gənc qızı intihar fikrindən necə daşındırdı?
Teqlər:
çoxmərtəbəli yaşayış binası, intihar, polis

Əsas mövzular