CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-ın bələdçiləri Londonda saxlanılıb

© Sputnik / Murad OrujovСамолет AZAL на взлетной полосе Международного аэропорта Гейдара Алиева в Баку
Самолет AZAL на взлетной полосе Международного аэропорта Гейдара Алиева в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib

BAKI, 25 yan — Sputnik. AZAL aviaşirkətinin Bakı-London reysi ilə uçan təyyarəsində insident yaşanıb. AZAL-ın mətbuat xidmətindən Sputnik-Azərbaycan-a verilən məlumata görə, yanvarın 24-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti tərəfindən Bakı- London aviareysi yerinə yetirilən zaman sərnişinlərdən biri spirtli içkidən həddindən artıq istifadə edib və buna aviareysin digər sərnişinləri də şahid olub. Uçuş zamanı həmin sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri tərəfindən imtina edilməsinə narazılığını bildirib.

Aviareys yerinə yetirildikdən sonra Hitrou Hava Limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Haqqında şikayət daxil olan təyyarə bələdçiləri hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.

Xəbər lenti
0