06:33 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
340 0 0

"Bələdiyyənin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud deyil"

BAKI, 24 yan — Sputnik. Bakıda və Abşeron yarımadasında qanunsuz inşa edilən evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunsalar da, bu tikililər rəsmiləşdirilməyib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Deputatın sözlərinə görə, qanunsuz tikililərlə bağlı problemin əsas səbəbi odur ki, bir bələdiyyə torpağın ona, yaxud başqa bələdiyyəyə məxsus olduğunu bilməyib: "Ona görə də qanunsuz tikililərlə bağlı problem yaranıb. Bələdiyyənin ərazisi dəqiqləşdirilib xəritə veriləndən sonra bələdiyyə biləcək ki, bu torpaq onun ərazisidir, yaxud deyil".

Komitə sədrinin sözlərinə görə, xəritələr müəyyənləşəndən sonra bu problemlərin həlli daha asan olacaq: "İndiyədək bir bələdiyyənin başqa bələdiyyənin ərazisində torpaq verməsi halları olub. Buna görə bələdiyyələri təqsirləndirmək də olmaz, çünki bir çox bələdiyyə indiyədək ərazisinin haradan başlayıb harada qurtardığını bilməyib".

Komitə sədri qeyd edib ki, bələdiyyələrin xəritələrinin əksəriyyəti hazırlanaraq müvafiq quruma təqdim olunub: "59 rayonda ərazilərlə bağlı mübahisələr var. Həmin mübahisələr həll ediləndən sonra bələdiyyələrin hamısı biləcək ki, ərazisi haradır, hansı əraziyə sərəncam verə bilər, harada onun sərəncamı ilə ev tikilə bilər".

Əlaqədar

"Təzə bazar"da qanunsuz fəaliyyət göstərən sex aşkar edilib
Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Ölkəyə qanunsuz yolla civə keçirilməsinin qarşısı alınıb
Televiziyalara qanunsuz sponsorluq edənləri yüksək cərimələr gözləyir
Teqlər:
qanunsuz tikili, əmlak, bələdiyyə, vergi, torpaq

Əsas mövzular