CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələrlə bağlı qanunlara dəyişiklik edilə bilər

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan
Abunə olmaq
Parlamentin Regional məsələlər komitəsinin iclası keçirilib

BAKI, 24 yan — Sputnik. Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasda komitənin 2016-cı il payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı və 2017-ci il yaz sessiyasının iş planı müzakirə edilib.

Əhliman Əmiraslanov, Milli Məclisin deputatı - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Psixoloji yardım haqqında" qanun layihəsi hazırdır

Komitə sədri Arif Rəhimzadə görülən işlər barədə məlumat verib: "Hesabat dövründə 5 iclas keçirilib, 22 məsələ müzakirə olunub. Bunun 7-si qanun layihəsidir ki, bunların da hamısı qəbul edilib. Hesabat dövründə 198 məktub, təklif, ərizə və şikayətin 84-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib".

Komitə sədri deyib ki, yaz sessiyasının gündəliyinə 5-i qanun layihələrinə dəyişikliklər olmaqla, 7 məsələ daxil edilib: "Bunlar "Azərbaycanın 2002-ci il 15 mart tarixli 247-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunlarda dəyişikliklər ilə bağlıdır".

A. Rəhimzadə qeyd edib ki, qanun layihələri artıq razılaşma mərhələsindədir və mövcud qurumlarla razılaşdırıldıqdan sonra komitə iclaslarında təsdiqlənərək yaz sessiyasına təklif olunacaq.

Xəbər lenti
0