18:39 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
335602

"Üzərində "Azərbaycan Milli Bankı" yazılan pul nişanları..."

BAKI, 23 yan — Sputnik. "Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzlənməsi və bu pulların tədavüldə mövcudluğu ilə bağlı kütləvi informasiya vasitələri və əhali tərəfindən Mərkəzi Banka çoxsaylı suallar ünvanlanıb. Bu müraciətləri nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli Fərmanına əsasən, 01 yanvar 2006-cı il tarixdən tədavülə yeni nəsil pul nişanları buraxılıb və bu dövrdə istehsal olunmuş bütün nominallı kağız pul nişanlarının üzərinə "Azərbaycan Milli Bankı" sözləri yazılıb".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Mərkəzi Bankının (AMB) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, 2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına, o cümlədən "Azərbaycan Respublikasının Milli Bankı haqqında Qanunu"na dəyişikliklər edilib və Qanunda "Milli Bankı" sözləri "Mərkəzi Bankı" sözləri ilə əvəz edilib.

"Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq bu dövrdən sonra istehsal olunmuş kağız pul nişanlarının üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz olunub. Hazırda tədavüldə, üzərində "Azərbaycan Milli Bankı" yazılan pul nişanları ilə yanaşı, Referendum Aktının qüvvəyə minməsindən sonra istehsal olunmuş və üzərində "Azərbaycan Mərkəzi Bankı" sözləri yazılmış 1, 5 və 100 manatlıq kağız pullar mövcuddur" — AMB-dən məlumat verilib.

O da qeyd olunur ki, gələcəkdə digər nominallı pulların istehsalı zamanı onların da üzərində "Azərbaycan Milli Bankı" sözləri "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəz ediləcək: "Bununla əlaqədar, Azərbaycan Mərkəzi Bankı bütün informasiya vasitələrini və əhalini xəbərdar edir ki, Mərkəzi Bank tərəfindən 01 yanvar 2006-cı il tarixindən etibarən tədavülə buraxılmış bütün nominallarda milli pul nişanları üzərində "Azərbaycan Milli Bankı" və "Azərbaycan Mərkəzi Bankı" sözlərinin yazılmasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq eyni dərəcədə tədavül vasitəsidir".

Əlaqədar

Mərkəzi Bankdan radikal addım: nağd pul kütləsi nəzarətə götürüldü
Mərkəzi Bank 7,5 milyard manatın aqibətinə aydınlıq gətirdi
Mərkəzi Bankın valyuta ehtiyatları azalıb
Mərkəzi Bankdan sərt Yeni il mesajı
Mərkəzi Bank 2017-ci ildə sərt pul siyasəti həyata keçirəcək
Mərkəzi Bank dolların məzənnəsini açıqladı
Professor: Mərkəzi Bankın taktikası insanları çaşdırır
Teqlər:
nişan, əhali, pul, Mərkəzi Bank, Milli Bank, Azərbaycan, manat

Əsas mövzular