07:19 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
310801

Cinsi istəksizliyə depressiya dərmanları, spirtli içkilərin qəbulu və hormon dəyişkənliyi səbəb olur

BAKI, 19 yan — Sputnik. "29 yaşım var. Sevdiyim kişi ilə ailə həyatı qurmuşdum. Əvvəllər hər şeyin daim gözəl qalacağını, münasibətlərimizin hər zaman belə ehtiraslı davam edəcəyini düşünürdüm. Ancaq ailə həyatı qurduqdan sonra həyat yoldaşımın bir çox davranışları məni özündən soyutmağa başladı" — deyir Sevinc Əliyeva.

Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində o, söhbətinə belə davam edir: "Yoldaşım evə gec gəlir, telefonlara cavab vermir, nə qədər çalışsam da, alt paltarını dəyişmir, günlərlə eyni corabla gəzir, dişlərini yumur, özü də günlərlə yuyunmurdu. Bu davranışlar məni ondan iyrəndirmişdi. Neçə dəfə oturub söhbət etməyə çalışsam da, alınmırdı. "Mən beləyəm" söyləyib, məni yola verirdi".

Evliliyinin 3-cü ilindən ailəsində problemlər yaşayan qadın bildirir ki, ərinin xoşagəlməz davranışları onda qadınlıq hisslərini də öldürür: "Evliliyimizin 5-ci ilində aramızda olan qadın-kişi münasibətləri də bitdi. Daha mən ona toxuna bilmirdim. Onunla birlikdə olmaq mənə əzab verirdi. Heç bir hiss yaşamırdım, əksinə cinsi əlaqə zamanı baş qaldıran ağrılar məni yorurdu. Və bizim ailə həyatımız bitdi. Aradan 3 il keçməsinə baxmayaraq heç bir hiss yaşamıram, heç bir kişini yaxına buraxa bilmirəm".

Mütəxəsislərə görə, cinsi istəksizlik yaşayan qadınlar frigid — soyuq qadınlar adlanır. Bu termin 1950-ci illərdən istifadə edilməyə başlanılıb. Amma elm sübut edir ki, cinsi istəksizliyi olan qadın yoxdur. Qadınlarda cinsi istəksizlik müəyyən səbəblərdən yaranır və bu hiss müvəqqəti bir hissdir.

Psixoloq Fidan Əliyevanın sözlərinə görə, cinsi istəksizlik hissinin yaranmasının ciddi səbəbləri ola bilər: "Məsələn, qızların uşaq vaxtı təcavüzə məruz qalması, ilk seksin ağrılı keçməsi ilə yaranan qorxu hissi, seks haqqında öncədən doqmalaşdırılmış miflər və s. Cinsi istəksizlik çox zaman təcavüzə məruz qalmış qadınlarda müşahidə edilir. Təcavüzə uğrama qadında ehtiras, cinsi istək hissini öldürür. Ya da cinsi istəksizlik hansısa ağır xəstəliyin nəticəsi ola bilər. Ancaq bu hissdən anadangəlmə məhrum olan qadın yoxdur. Cinsi istəksizlik sonradan yaranan psixoloji narahatlıqdır".

Müsahibimiz bildirir ki, qadın tərəf müqabilinə hissiz, duyğusuz yanaşan zaman da cinsi istəksizlik yaşana bilər. Bu zaman qadın tərəf müqabilinə heç nə hiss etmir, seks ağrılı keçir və qadın orqazm yaşamır. Təbii ki, bu da müəyyən bir zamandan sonra ailədə problemlərin yaranmasına səbəb olur.

"Cinsi istəksizliyin əsas səbəbləri hamilə qalmaq, idarəetməni itirmək qorxusu (qadın hər zaman yatağın sahibinin özü olmasına çalışır), keçmişdə yaşanmış uğursuz münasibət, iyrənmə, sevgisizlikdir (qadın seksə "vəzifə" kimi baxırsa). Qadın sevmədiyi biri ilə cinsi münasibətdə olursa, bu, sonradan xroniki cinsi istəksizliyə çevrilir" — psixoloq izah edir.

Cinsi istəksizliyə depressiya dərmanları, spirtli içkilərin qəbulu, kontrasepsiya dərmanlarının qəbulu, hamiləlikdən sonra bədən formasının dəyişməsi ilə yaranan narahatlıq, utanma hissi, vaginal quruluq, yuxusuzluq, halsızlıq, menopoz zamanı hormon dəyişkənliyi də səbəb ola bilər. F. Əliyeva məsləhət görür ki, belə problem yaşayan qadınlar əvvəl psixoloq ilə problemlərini paylaşmalıdır. Psixoloq məsləhəti fayda verməzsə, ginekoloq və seksopotoloqla məsləhətləşmək lazımdır.

Müsahibimiz cinsi istəksizliyin təkcə qadınlarda deyil, kişilərdə də müşahidə olunduğunu bildirir: "Kişilərdə cinsi istəksizlik çox zaman xəstəliyin nəticəsi olur. Yəni, hər hansı bir xəstəlik, məsələn təzyiq, şəkər xəstəliyi, şiddətli ürək-damar xəstəlikləri, böyrək problemləri, prostat problemləri kişilərdə cinsi istəksizlik yarada bilər".

F. Əliyeva qeyd edir ki, kişilərdə də sevgisizlik və ya iyrənmə hissi ilə əlaqəli cinsi istəksizlik olması mümkündür. Ancaq kişilər çox zaman bir neçə partnyorla münasibət saxladıqları üçün bu problem onları az narahat edir: "Kişi seksdən iyrənmir, yaşadığı, birlikdə olduğu qadından iyrənir. Belə hal olan zaman kişi partnyorunu dəyişir və bu problem də həllini tapır. Yox əgər cinsi istəksizliyə səbəb olan xəstəlikdirsə, mütləq mütəxəsislərlə görüşüb, müalicə və ya müayinə olunmaq lazımdır".

Ginekoloq Əfsanə Bayramovanın sözlərinə görə isə, qadınlarda cinsi istəksizlik daha çox doğuşdan sonra müşahidə edilir: "Doğuş zamanı ağrı keçirən qadın elə düşünür ki, ağrı uzun müddət davam edəcək və bu səbəbdən də seksə meylli olmur. Bu, bəzən 5-6 ay davam edə və ailə münaibətlərinə də mane ola bilər. Bundan başqa, vaginizm, vaginal quruluq və yaxud digər xəstəliklər də qadında cinsi həvəsi öldürür".

Həkim bildirir ki, qadında bu problem 1 aydan çox davam edərsə, mütləq mütəxəsislərə müraciət etmək lazımdır.

Əlaqədar

Yaşlı qadın özünü asaraq intihar edib
Qadın rollarının mahir kişi ifaçısı
Hamilə qadınlara xəbərdarlıq: ana ölümlərinin səbəbləri açıqlandı
Bakıda rus qadını zorladılar
O, dünyanın ən gözəl qadını seçildi
Sabiq ikinci ər qadını üçüncüyə qısqandı və...
Bakıda kafe işlədən qadın: "Haram pulun bərəkəti olmaz"
Teqlər:
genikoloq, ehtiras, arvad, ər, seks, sevgi, kişi, psixoloq, qadın

Əsas mövzular