05:29 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1649731

"Azəriqaz" əməkdaşlarının mənzillərə baxış keçirmələri vətəndaşları çaş-baş salıb

BAKI, 18 yan — Sputnik. Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə müvafiq qərarından sonra, mənzillərdə qazla bağlı təhlükəsizliyə nəzarət Fövqəladə Hallar Nazirliyi (FHN) və Energetika Nazirliyinə (EN) verilib. Yəni, mənzillərə texniki baxışın keçirilməsi "Azəriqaz" tərəfindən deyil, qeyd edilən nazirliklər tərəfindən aparılır. Bura qaz avadanlıqları, tüstü bacaları və s. nəzarət daxildir.

Lakin buna baxmayaraq, son zamanlar "Azəriqaz" əməkdaşları yenidən mənzillərə gələrək, texniki baxış keçirməli olduqlarını bildirirlər. Bu barədə Sputnik Azərbaycan-a daxil olan oxucu müraciətlərindən məlum olur.

Məsələ ilə bağlı müraciət etdiyimiz "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin sözlərinə görə, "Azəriqaz" əmədaşlarının evlərə baxış keçirmək səlahiyyətləri var: "Əgər qaz sayğacları evlərin balkonundadırsa, "Azəriqaz" nümayəndəsinin evə keçib, sayğaca baxmaq hüququ var".

"Bununla yanaşı, idarənin nümayəndələri qaz sayğaclarına baxıb, sərfiyyatı qeyd etməklə yanaşı, evə daxil olub, qeyri-qanuni yollarla qazdan istifadə edilib-edilməməsini də yoxlaya bilərlər. Bunun üçün onların vəsiqə təqdim etmələri bəs edir" — Kərbəlayev bildirib.

O, təsdiq edib ki, ötən ilin may ayında Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Azəriqaz" nümayəndələrinin mənzillərə texniki baxış keçirmək hüququ alınaraq, Fövqaladə Hallar Nazirliyinə və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinə (DQNİ) həvalə edilib: "Yəni evlərdə kustar üsulla hazırlanmış cihazlardan, sertifikatı olmayan cihazlardan istifadəyə, tüstü bacalarına, hamam otaqlarının qaz sisteminə nəzarət FHN və Qaz Nəzarəti İdarəsinin səlahiyyətinə verilib. Amma yenə də dediyim kimi, "Azəriqaz" əməkdaşları mənzillərdə qeyri-qanuni yollarla qazdan istifadə edilib-edilməməsini yoxlamaq səlahiyyətinə malikdirlər".

Dünən iki idi, bugün üçdülər...
© Karikatura
Dünən iki idi, bugün üçdülər...

DQNİ-nin hüquqşünası Samit Əliyev isə Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində, "Azəriqaz" İB əməkdaşlarının mənzillərdə texniki baxış aparmaq səlahiyyətlərinin əllərindən alındığını deyib. Bununla belə qeyd edib ki, "Azəriqaz" nümayəndələri mənzillərə ümumi baxış keçirə bilərlər.

"Bu, abonentlərlə İstehsalat Birliyi arasında bağlanan müqavilədə göstərilir. "Azəriqaz" İstehsalat Birliyininin əməkdaşlarının hüquqları var ki, qazdan istifadə qaydaları ilə bağlı evlərə baxış keçirsin. Onların texniki baxış keçirmə səlahiyyəti yoxdur, lakin ümumi baxış keçirmək səlahiyyətləri var" — Əliyev bildirib.

Göründüyü kimi, vətəndaşlar mənzilə verilən təbii qazdan istifadə etdiyi üçün, 3 fərqli qurumun əməkdaşlarının üzünə qapı açmalı, onların mənzilə baxış keçirmələri üçün şərait yaratmalıdır. Nə qədər anormal görünsə də, bu, belədir…

Əlaqədar

Səngəçalda qaz kəmərində yanğın söndürülüb
Qaz kəmərində baş vermiş qəzanın ilkin səbəbləri açıqlandı
Azərbaycanda qaz xəttində partlayış baş verib
İşıq və qazın qiyməti yenidən dəyişdi
Bu qəsəbədə qaz böhranı yaşanır və "Azəriqaz" xəbərsizdir...
Teqlər:
Energetika Nazirliyi, texniki, baxış, əməkdaş, nümayəndə, Nazirlər kabineti, "Azəriqaz", FHN, qaz

Əsas mövzular