CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşlı qadın özünü asaraq intihar edib

Abunə olmaq
Ağdam Polis Şöbəsindən verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub

BAKI, 16 yan — Sputnik. Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib. APA-nın məlumatına görə, hadisə rayonun Ücoğlan kəndində baş verib.

Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R. Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər. 

Ağdam Polis Şöbəsindən verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi  olub.

Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər lenti
0