03:03 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
47301

Ekspertlər nağdsız kreditlərə keçidi doğru qərar hesab etmirlər

BAKI, 16 yan — Sputnik. Bu ildən Azərbaycanda banklar müştərilərə kreditləri nağdsız formada verəcək. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva belə deyib.

Bank eksperti Əkrəm Həsənov
© Photo : REPORT
Əkrəm Həsənov

Onun sözlərinə görə, bu, "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulub: "Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdlaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdlaşdırılarkən banklar ödəmə mənbəyində 1%-lik sadələşdirilmiş vergi tutmalıdır".

Məsələni Sputnik-ə şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov, Musayevanın açıqlamasını ciddi yenilik kimi qəbul etmir: "Onsuz da indiyədək kreditlər banklar tərəfindən müştəriyə nağdsız verilirdi. Yəni, istənilən halda kredit müştərinin bank hesabına yatırılır, kredit götürən şəxsə bank hesab açılır və pul həmin hesaba yatırılır. Sonra o pulu nağd çıxarmaq və yaxud köçürmək olar. Hətta karta yatırılırsa belə, kart da bank hesabına bağlıdır".

"Bunu nağd əməliyyatların qarşısının alınması kimi izah edirlər. Bir tərəfdən belədir. Kiminsə bank hesabında pulu varsa, bundan sonra çalışacaq ki, həmin əməliyyatlarını nağd şəkildə etməsin. Yəni, nağd çıxartmasın, nağdsız etsin ki, ondan 1 faizlik vergi tutulmasın. Amma bunun digər tərəfi də var. Bundan sonra hamı çalışacaq ki, ümumiyyətlə bank hesabında pul olmasın. Çünki, hesabında pul varsa, onu çıxarmaq istədikdə vergi tutulacaq. Bu nöqteyi-nəzərdən sözügedən yeniliyi düzgün hesab etmirəm. Ən azı, bunu tətbiq etmək çox tezdir" — Həsənov bildirib.

Bununla yanaşı, ekspert qeyd olunan yeniliyin bütün vətəndaşlara deyil, yalnız fərdi sahibkarlara və hüquqi şəxslərə aid olduğunu bildirib: "Bu, sahibkarın xərcini artırır. Sahibkar istəsə, pulu nağdlaşdırmaya da bilər. Amma əksər hallarda nağdlaşdırırlar".

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik-ə açıqlamasında bildirib ki, sözügedən vergi növünün tətbiqi əks effekt verə bilər: "VÖEN-i olan vətəndaşlar bir-biri ilə iqtisadi münasibətlərdə nağd hesablaşmalara daha çox üstünlük verəcəklər ki, ən azından, o vergini ödəməsinlər. İlk baxışdan 1 faiz o qədər də böyük məbləğ görünmür. Amma iri əməliyyatlarda kifayət qədər böyük məbləğ yarana bilər".

"Ona görə də, ilkin mərhələdə, ən azından çalışacaqlar ki, fiziki və hüquqi şəxslər bir-biri ilə iqtisadi münasibətlərdə, müqavilələrdə nağd hesablaşmalara üstünlük versinlər" — iqtisadçı bildirib.

Cəfərlinin fikrincə, cəmiyyət bu yeniliyə öyrəşəndən və nağd hesablaşmalar çətinləşdikdən sonra bu dəyişikliyin effekt verməsi mümkündür: "Amma ilkin mərhələdə, hətta dövriyyədən yayınmalar, dövriyyənin gizlədilməsi yaşana bilər. Daha çox nağd hesablaşmalara üstünlük veriləcək. Bu da başqa mənbələrdən tutulan vergilərin azalmasına səbəb ola bilər. Məsələn, gəlir vergisinin".

Əlaqədar

Kreditlərin verilməsi qaydalarına da dəyişiklik edildi
Azərbaycanda kredit bürolarının yaradılmasına start verilir
Cari il sahibkarlara 120 milyon manatdan artıq güzəştli kredit verilib
Gələn həftədən dövlət xətti ilə ipoteka kreditləşməsi bərpa olunacaq
Avotomobillərin kreditlə satışında yeni qayda meydana çıxıb
Vergi və kredit borcu olanlar vətəndaşlıqdan məhrum edilirlər
Teqlər:
müştəri, ekspert, iqtisadçı, vergi, kredit, bank

Əsas mövzular