11:41 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
19801

QHT sədri Ülkər Abdullayeva: "Qrant müqavilələrinin qeydə alınması prosedurundakı dəyişikliklər irəliyə addımdır"

BAKI, 14 yan-Sputnik. Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilib.   

“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na görə indiyədək müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 15 gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına – Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Dəyişikliyə əsasən bu müddət uzadılıb 30 günə çatdırılıb.

İndiyə qədər dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana – Ədliyyə Nazirliyinə donor tərəfindən 3 gündən gec olmayaraq təqdim olunub. Artıq sənədlər donor tərəfindən 3 gündən deyil, 7 gündən gec olmayaraq ƏN-nə təqdim olunacaq. Eyni zamanda, qanuna edilən dəyişikliklərə görə, Ədliyyə Nazirliyi tərəfindən müqavilələrin (qərarların) qeydə alınmasından imtina hallarının da sayı artırılıb.

Sputnik-in əməkdaşı yeni qaydaların tətbiqinin Qeyri-Hökumət Təşkilatlarına edəcəyi təsiri araşdırmaq üçün QHT mütəxəssislərdən münasibət alıb. 

Prezident yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, 2014-cü ildə QHT qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər QHT-lərin fəaliyyətində hesabatlılığın və şəffaflığın artırılması məqsədi daşıyırdı. “Heç kimə sirr deyil ki, xarici qaynaqlardan maliyyələşən bir sıra QHT-lərin fəaliyyətində ciddi qeyri-şəffaflıq elementləri, hətta konkret qanun pozuntuları mövcud idi. Belə QHT-lər xarici donorlardan əldə etdikləri qrant vəsaitlərini təyinatı üzrə istifadə etmək əvəzinə, şəxsi və qaranlıq siyasi məqsədlərin həyata keçirilməsinə yönləndiriridilər. Bu cür hallar etiraf edək ki, bəzən bütövlükdə QHT sektorunun fəaliyyətini kölgə altına alırdı.”

O deyib ki, qüvvədə olan qanunlarımız ölkə QHT-lərinə xarici donorlarla əməkdaşlıq etmək üçün bütün imkanları yaradır: “Ancaq buna baxmayaraq, vətəndaş cəmiyyəti institutlarının bu qaydaların daha da sadələşdirilməsi ilə bağlı müraciətləri nəzərə alinaraq dövlətimiz müvafiq qərar qəbul edib.”

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Fərmana müvafiq olaraq, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq olunmalıdır: “Fərmanın tələblərinə uyğun olaraq Nazirlər Kabineti müvafiq normativ aktda xarici donorların qrant müqavilələrinin qeydə alınması üçün tələb edilən sənədlərin sayı azaldılması, müqavilələrin dövlət orqanına təqdim edilmə müddətinin artırılması, bildiriş formasının ləğv edilməsi və digər dəyişikliklər edib. Bu dəyişikliklər demokratik təsisatların azad şəkildə fəaliyyət göstərdiyi ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini stimullaşdırmaqla, onlara şəfaflıq və hesabatlılıq prinsiplərinə riayət etməklə xarici maliyyə qaynaqlarına daha rahat və asan çıxış imkanı verir.”

Behbudun sözlərinə görə, QHT-lər qanunvericliyin onlara verdiyi bu imkanlardan səmərəli istifadə etməklə yanaşı, şəffaflığın təmin edilməsi ilə bağlı cəmiyyət qarşısında məsuliyyətlərini unutmamalıdırlar. 

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva deyib ki, Azərbaycanda qrant müqavilələrinin qeydə alınması prosedurunda baş verən dəyişikliklər irəliyə doğru bir addımdır: “Qeydiyyatla bağlı prosedurlar Azərbaycanın III sektorundakı təşkilatların xarici donorlarla işləməsinə ciddi çətinliklər yaradırdı. Xarici donor təşkilatlar Azərbaycan qanunvericiliyindən irəli gələn tələbləri başa düşməkdə çətinlik çəkirdilər. Ona görə də, son illərdə bir çox xarici donor Azərbaycan təşkilatları ilə işləməkdən imtina etmişdi”. 

Təşkilat sədri bildirib ki, bu prosedurlar üçün qoyulan vaxt da çox az idi: “Müvafiq sənədləri hazırlayıb çatdırmaq praktiki olaraq mümkün deyildi. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan neçə illərdir elektron hökumətə keçid elan etsə də, dövlət institutlarının çoxu hələ də kağızla yazışmalara, məktublaşmalara üstünlük verir. Digər bir çətinlik isə Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etməklə bağlı idi”. 

Abdullayeva onu da deyib ki, NK-nin sözügedən qaydalarında dəyişikliyin edilməsi son dövrlər ölkədə yaranan sosial-iqtisadi problemlərlə əlaqədardır: “Yerli QHT-lərin xarici donorlarla işləyərkən yol verdikləri bəzi neqativ hallar ölkəmizin imicinə, təhlükəsizlik məsələlərinə, mənafelərinə və s. ziyan vururdu. Bu amil nəzərə alaraq xaricdən qrant cəlbi ilə bağlı qaydalar ağırlaşdırıldı. Yeni dəyişikliklərdə yenə də ƏN-in müqavilələri qeydə almaqdan imtina etməsi üçün müddəa var. Xarici donorlar tərəfindən verilən qrant ƏN tərəfindən maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda qrant müqavilələri qeydə alınmayacaq”.

Bələdiyyələrin İnkişafına Yardim İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı qeyd edib ki, dəyişiklikləri çox müsbət addim kimi qiymətləndirir: ”Deyərdim ki, dəyişikliklər vətəndaş cəmiyyəti inistitunun inkşafında əsas rol oynayacaq. Yeni qanunlar QHT-nin bütün sahələrinə müsbət təsir göstərəcək. Bu prosesdə həm də dövlət yaxından iştirak edəcək. QHT sektoru ilə xarici donorun fəaliyyətində tənzimləmə prosesi gedəcək”.

Əsas mövzular