00:04 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
74701

İlk dəfə idi ki, doğulduğum ölkə haqqında xoş sözləri başqa bir ölkənin adamından, başqa bir millətin nümayəndəsindən eşidirdim

BAKI, 13 yan — Sputnik. Bu yaxınlarda "Geography Now! Azerbaijan" başlığı ilə "Youtube" portalına yerləşdirilmiş bir video izlədim. Düzü, ilk dəfə idi ki, doğulduğum ölkə haqqında xoş sözləri, təbiəti, iqlimi, insanları, sərvətləri və mədəniyyəti haqqında tərifləri başqa bir ölkənin adamından, başqa bir millətin nümayəndəsindən eşidirdim.

Qaraderili insan
© Photo : GETTY IMAGES

Əlbəttə, belə olanda insanda bir özünəgüvən yaranır. Yoxsa, ingiliscə bilən azərbaycanlıları turist kimi göstərən yerli telekanalların fırıldaqlarından bezmişdik. Öz insanımıza yaddilli mətnləri əzbərlədib qarşımıza turist kimi çıxarmaq və onlara Azərbaycan haqqında tərif dolu mətnləri oxutdurmaq başımızı uca etməyəcəkdi. Biz bu halın dəfələrlə şahidi olmuşuq. Xüsusən də Avropa Oyunları ərəfəsində.

Bir də bu səhər gördüm ki, Əlcəzair telekanalında Azərbaycan haqqında, xüsusən də Lənkəran barədə maraqlı bir süjet efirə gedib. Son dönəm üzərinə yüksək yatırımlar edilən turizmin inkişafı yavaş-yavaş özünü göstərir. Hərçənd, mən avropalıların, amerikalıların telekanallarında bu süjetləri görməyi daha çox istərdim. Onlar qala-qala ərəblərin bizi tərifləməsi və Azərbaycana ərəblərin axışması elə də uğurlu inkişaf deyil. Nəticədə dünyaya terrordan qeyri bir şey verməyən ərəblər öz gəlişləri ilə Azərbaycana elmi-mədəni tərəqqi gətirməyəcəklər ki.

Əlbəttə, minlərlə insanın işsiz qalması, maaşların, təqaüdlərin azalması, ərzağın bahalaşması, sahibkarların müflisləşməsi, bank sektorunun çöküşü, kommunal xərclərin artması, hətta öz təbii sərvətlərimizin bizə yüksək məbləğə satılması bahasına başa gələn bu turizm inkişafını hansı dərəcədə uğur adlandırmaq olar, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu qədər itkilərin müqabilində yüksək elmi uğurlar qazansaydıq, ölkəyə Nobel, Oskar gətirsəydik, musiqilərimiz, filmlərimiz, seriallarımız inkişaf etmiş ölkələrə satılsaydı, tibbdə, astrofizikada, biologiyada, kimyada, fizikada, ədəbiyyatda böyük nailiyyətlər əldə etsəydik, itkilərə bu qədər üzülməyəcəkdik.

Canınızdan iraq, bir neçə gündür xəstə yatağında olduğum üçün səhər-axşam yerli telekanalları izləməyə məcbur olmuşam. Hər səhər ATV telekanalında səhər verilişi aparan aparıcının Avropanın, Amerikanın tənəzzülü barədə əttökən nitqləri, parlayan ölkəmiz barədə pafoslu çıxışları olmasaydı, bəlkə də daha tez sağalardım. Bu aparıcının qıcıqlandırıcı, saxta sözləri immun sistemimin xəstəliklə mübarizə aparmasını ləngitdi.

Buna rəğmən, elə ATV telekanalında yayımlanan bir veriliş əhvalımı müsbətə doğru dəyişdi. Gecə saatlarında yayımlanan "Yoxlama" verilişindən gedir söhbət. Aparıcısı və layihə rəhbəri Azər Zahid olan "Yoxlama" verilişi məktəbəqədər təhsil müəssisələrin, məktəblərin və digər ictimai yerlərin xidmət səviyyəsini, gigiyenik normalarını yoxlamaq, qüsurları ictimaiyyətə çatdırmaq, bu qüsurların aradan qaldırılması üçün səlahiyyətli orqanlara səslənmək kimi mükəmməl bir işlə məşğul olur.

Heç şübhəsiz, bu veriliş alqışa layiqdir. Verilişin həmin yerlərin düzəlməsinə nə dərəcədə təsir göstərdiyini deyə bilmərik. Amma bu addımı atmaq həm cəsarət, həm zəhmət, həm bilik tələb edir. Aparıcı da bu işin öhdəsindən uğurla gəlir. Əhsən! Başqa nə demək olar!? Yolları açıq olsun!

Sonda bir daha ilk abzasda qeyd etdiyim videoya qayıtmaq istəyirəm. "Geography Now! Azerbaijan" adlı videodan öyrəndim ki, əhalisinin böyük qismi müsəlman olmasına rəğmən, müxtəlif dinlərə və təriqətlərə mənsub şəxslərin, etnik xalqların dinc yaşadığı, İsraillə münasibətləri yaxşı olan yeganə ölkə Azərbaycandır. Bir sözlə, bütün çətinliklərə baxmayaraq, terrordan, dini ixtilaflardan uzaq və dinc yeganə müsəlman ölkəsində yaşayırıq. Hər halda, buna sevinmək olar.

Əlaqədar

Öz dahilərinə qənim kəsilənlər
Taksi sürən, al-ver edən, suvaq vuran ziyalılar
Qonağa ibadət edən adamlar
Toylar və yaslar - Əsrlərdən gələn düşüklük
Mavi ekran vəbası
Teqlər:
"Geography Now! Azerbaijan", ölkə, iqlim, mədəniyyət, turizm, müsəlman, insan, Azərbaycan

Əsas mövzular