03:01 24 Yanvar 2017
Canlı yayım
Şeyx Babı Yaqub türbəsi

Yeraltı sərdabələrə açılan sirli qapılar

© Foto: Vusal Memmedzade
CƏMİYYƏT
Qısa URL
177730

Bəzi iddialara görə, bu tağlı qapılardan keçərək, yeraltı yolla Arazın cənubuna getmək mümkündür

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 12 yan — Sputnik. Füzuli rayonu ərazisindəki Şeyx Babı Yaqub türbəsi qədim yaşayış məskənlərindən və bölgənin nadir tarixi abidələrindəndir. Yerli əhali arasında Şıxbabı adı ilə də məhşur olan türbə 13-cü əsrdə memar Əli Məcidəddin tərəfindən inşa edilib.

Abidə ətrafında arxeoloji qazıntı və bərpa işləri aparılsa da, hələ də tarixinin dəqiq öyrənilməsi üçün ərazinin tədqiqatına ehtiyac var. Adının Şeyx Babı Yaqub olması, vaxtilə bölgənin tanınmış təriqət şeyxlərindən olan Yaqub ibn İsmayılın burada dəfn edilməsi ilə izah edilir.

Ağ daşlardan hörülən türbə Əcəmi memarlıq məktəbinə aid olub, səkkiz güşədən ibarətdir. Füzulinin işğalı zamanı günbəz hissəsi dağıdılan türbə, 2011-ci ildə bərpa edilib. Həmin zaman abidə kompleksinin yaxınlığında torpaq altında qalan məscid və onun hücrələri aşkarlanıb. Məscidin minarələrindən yalnız biri günümüzə qədər gəlib çatıb. Digəri isə Rusiya-İran müharibələri zamanı dağılıb.

Şeyx Babı Yaqub türbəsi
© Foto: Vusal Memmedzade
Şeyx Babı Yaqub türbəsi

Türbə ətrafında tədqiqat işləri aparılmazdan əvvəl yerli əhali arasında rəvayət də dolaşıb. Həmin rəvayətə görə, burada mövcud olan tağlı qapılardan keçərək, yeraltı yolla Arazın cənubuna getmək mümkün olub. 2011-ci ildə aparılan restavrasiya zamanı isə həmin qapıların 13-14-cü əsrlərdə inşa edilən sərdabələrə, yəni həmin dövrün nüfuzlu ailələrinin dəfn edildiyi qəbirlərə aid olduğu meydana çıxıb.

Füzuli rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, məscidin böyüklüyü burada vaxtilə insanların kompeks şəkildə məskunlaşdığı yaşayış məntəqəsi olduğunu sübut edir. Hazırda da kompleksin ərazisində arxeoloji tədqiqatların aparılmasına ehtiyac var. Ehtimal olunur ki, növbəti araşdırmalar zamanı abidə kompleksinin ərazisi daha da böyüyəcək. Bunun üçün isə xeyli miqdarda vəsait lazımdır.

Əlaqədar

700 ilə yaxın yaşı olan Bərdə türbəsinin bərpası başa çatmaq üzrədir
200 illik tarixi abidə ətrafında müəmma
Azərbaycanda arxeoloqları heyrətləndirən qəbir aşkarlanıb
"İlan çarlığı"nın altındakı sirli qəbirlər açıldı
Azərbaycanda bu da varmış – gölün içində qəbiristanlıq
Başsız bədənin uyuduğu sirli qəbir
Teqlər:
Şeyx Babı Yaqub türbəsi, bərpa, tədqiqat, türbə, Füzuli, tarix, qapı

Əsas mövzular