CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nurayın atası kamera söndürüləndən sonra baş verənləri anladıb

© Photo : Qafqazinfo.azНурай Байрамзаде
Нурай Байрамзаде - Sputnik Azərbaycan
Abunə olmaq
Əvəz Bayramzadə ictimai qınağı rədd edir və deyir ki, heç vaxt uşağını buraxmayıb və bütün bu illər ərzində qızını qaytarmağa cəhd edib.

BAKI, 9 yan-Sputnik. 6 il ərzində məhkəmə tərəfindən atalıq hüququ müdafiə olunan kişi, yaxşı ata olduğunu sübut etmək üçün ona şans verilməsini istəyir. 

Sputnik-in məlumatına görə, sosial şəbəkələrdə və KİV-də yayılan, məhkəmə icraçılarının 10 yaşlı Nuray Bayramzadəni zorla xalası Mehriban Eldarovadan alaraq atası Əvəz Bayramzadəyə verilməsi səhnələrinin əks olunduğu məlum səs-küylü videodan sonra bütün Azərbaycan ictimaiyyəti uşağın müdafiəsinə qalxıb.  

Videodan göründüyü kimi, qızın yalvarışlarına baxmayaraq məhkəmə icraçısı ata ilə birlikdə 7 dekabr 2016-cı il tarixində onu ana adlandırdığı xalasından zorla ayırmaq istəyir və uşağı yerlə sürüyür. 

Siqaret kötüyü - Sputnik Azərbaycan
SƏHİYYƏ
Ataları siqaret çəkən uşaqlarda bu xəstəlik yaranır

Əvvəlcə onu atası ilə heç olmasa bircə gün birlikdə qalmağa razı salmağa çalışırlar, amma qız qətiyyətlə bundan imtina edir. O bilir ki, əgər getsə, bir daha ona əziz olan yeganə insanın – xalasının yanına qayıda bilməyəcək. Xalası Nurayı anasının ölümündən sonra 6 il ərzində saxlayıb. 

KİV-də yayılan məlumatlara görə, Mehriban Eldarova uşağın atası Əvəz Bayramzadəni bütün bu illər ərzində uşağın taleyi ilə maraqlanmamaqda günahlandırıb. 

Amma Bayramzadə özünün müdafiəsinə qalxaraq bildirib ki, videoyazı dəyişdirilib və heç kəs o qızı alandan sonra nə baş verdiyini bilmir. 

O, əhvalatı lap başdan danışmağa başlayıb. 

Lüsi və Maria bacıları - Sputnik Azərbaycan
Ataları qafqazlı olan qeyri-adi əkiz bacılar

2006-cı ildə ilk evliliyindən qızı Nuray dünyaya gəlib. Bundan bir il sonra həyat yoldaşı ayrılmaq qərarına gəlib və yalnız 2008-ci ildə onlar rəsmən boşanıblar. Həkimlər dərhal sonra Bayramzadənin sabiq həyat yoldaşının döşündə xərçəng tapıblar. Ata uşağı götürmək istəyib, amma qərara gəlib ki, xəstə qadını məhkəmədə süründürməsin. Bununla belə, ümid edib ki, qadın sağalacaq. 

Oktyabrın 16-da Nuray Bayramzadənin anası vəfat edib. Atanın sözlərinə görə, o, qadının ölümünün 1 ilinin tamam olmasını gözləyib ki, sonra uşağı alsın. Buna görə də, yalnız 2011-ci ilin sentyabrında Quba rayon məhkəməsinə müraciət edərək atalıq hüququnun tanınmasını tələb edib. 

Bu müddət ərzində uşağın üzərində qəyyumluğu çoxdan ailə qurmuş və valideynləri ilə birlikdə yaşamayan xalası Mehriban Eldarova alıb. 

Bu arada bir neçə məhkəmə prosesi olub və 2013-cü ildə Bayramzadənin atalıq hüququ təsdiq olunub. Məhkəmə uşağın atasına verilməsi barədə qərar çıxarıb. Bütün bu illər ərzində uşaq böyüyüb və yeni ailəyə uyğunlaşıb. Qız atasını ümumiyyətlə tanımayıb. 

Məhkəmə çəkici - Sputnik Azərbaycan
CƏMİYYƏT
2016-cı ilə "damğa vuran" məhkəmə çəkişmələri

"Mən dəfələrlə keçmiş qohumlarıma müraciət edərək qızla bağlı məsələni həll etməyi xahiş etmişəm. Onlar da hər dəfə uşağı heç vaxt mənə verməyəcəklərini deyərək, bundan boyun qaçırıblar. Onlar vaxtı yubadıblar ki, qızın 10 yaşı olsun. Onlar axırıncı dəfə məhkəməyə müraciət edərək məni atalıq hüququmdan məhrum etmək istəyiblər. Bununla əlaqədar olaraq məhkəmə qərarının icrası 2016-cı ilin mart ayına qədər dayandırılıb” – deyə Bayramzadə bildirib. 

O, qızının həyatı ilə maraqlanmadığı barədə ittihamlarla heç cür razılaşmır. Onun sözlərinə görə, hazırda Bakıda yaşayır və Perinatal Mərkəzdə həkim işləyir. Hər ay mühasibatlıq onun maaşından qıza kəsilmiş alimentə görə pul tutur. 

"Mən alimenti ödəmişəm. Əgər pis ata olsaydım, bunu etməzdim. Bundan başqa, mən 6 ildir uşaqla bağlı məhkəmələrə gedib gəlirəm və artıq onun 10 yaş var. Yaxşı ata başqa necə olur?” – deyə ata ümidsiz səslə deyir. 

Yeri gəlmişkən, Bayramzadə boşanandan sonra yeni ailə qurub. Onun ailəsində daha bir qızı – Elfanə böyüyür. Bayramzadənin yoldaşı da qızın atasına qaytarımasının əleyhinə deyil və istəyir ki, uşaq əsl atasının yanında tərbiyə olunsun. 

Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
"MTN-çilərin işi" məhkəməyə göndərildi

Mövzuya qayıdan ata deyir ki, qızını qaytarmağa sonuncu cəhd zamanı məhkəmə icraçısı onu atasına vermək üçün döşəmə ilə sürüyüb. Qız isterika içində qıvrılıb və onun üçün yad olan adamla getmək istəməyib. 

Bayramzadə sənədləri qaydasına salandan sonra Quba rayon icra idarəsindən çıxıb. Onun sözlərinə görə, orada onu keçmiş baldızları, onların ərləri, uşaqları və digər qohumları ilə birlikdə 15-20 nəfər gözləyib.  

"Mənimlə yaşlı anam və qardaşımın qaynatası gəlmişdilər. Onlar maşında otururdular. Mən onlara istənilən halda baş verənlərə müdaxilə etməməyi tapşırmışdım” – deyə Bayramzadə bildirib. 

Xəstəxana. Arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Həkimlərdən valideynlər üçün "həyacan təbili"

Küçədə tərəflər arasındakı mübahisə davaya çevrilib. Bayramzadənin sözlərinə görə, başına vurulan bir neçə zərbədən sonra huşunu itirib. Bu vaxt qızı onun əlindən alıblar. Bir müddətdən sonra Bayramzadə icra orqanının binasında ayılıb. Təcili yardımın həkimləri ona ilkin tibbi yardım göstəriblər. 

Bu hadisədən sonra Bayramzadə cinayətkarların cəzalandırılması üçün yerli polisə və baş prokurorluğa şikayət edib. 

Xəbər lenti
0