23:53 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Sığorta, arxiv şəkli

Onlar əhalinin etimadını itiriblər

© pixabay / stevepb
CƏMİYYƏT
Qısa URL
75 0 0

Ölkənin sığorta sisteminə etibar edənlər azlıq təşkil edirlər

BAKI, 9 yan — Sputnik. Sığorta sistemi müasir dünyada qayğısız yaşamağın təminatçısı hesab olunur. İstər canını, istərsə də əmlakını sığorta etdirən şəxs, sonradan başına gələcəklərdən narahatlıq keçirmir.

Lakin ölkəmizdə bu və ya digər səbəbdən sığorta sisteminə etimadsızlıq var. Sputnik-in əməkdaşı vətəndaşların bu problemə münasibətlərini öyrənmək üçün "Canınızı və malınızı sığortalatmısınızmı" mövzusunda kiçik bir sorğu keçirib. Beləliklə:

Niyaməddin Orduxanlı: "Qanunvericiliyə görə, hər il avtomobillər məcburi qaydada sığortalanmalıdır. Bizim cəmiyyətdə sığorta sahəsinə inam tam formalaşmayıb. Daha doğrusu, ciddi inamsızlıq var. Bunun da səbəbi sığorta şirkətlərinin öz üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməməsi ilə bağlıdır. Bu səbəbdən, avtomobilimi icbari sığorta etdirsəm də, evimi sığortalatmamışam".

Rövşən Ziya: "2008-2013-cü illərdə xarici şirkətlərin birində işləyərkən, icbari tibbi sığortadan keçdim və müsbət nəticəsini də gördüm. Düşünürəm ki, sığortanın bu növü ölkəmizdə tətbiq olunsa, mən mütləq ondan istifadə edəcəm. Hazırda isə sığortanın heç bir növündən istifadə etmirəm. Çünki, əksər jurnalistlər kimi, daşınar və daşınmaz əmlaka sahib deyiləm".

Bəxtiyar Məmmədli: "Ölkədə sığorta siyasəti düzgün həyata keçirilmir. Baxın, kimsə sığortadan razıdırmı? Xeyir. Güvən olmayan yerdə isə nədənsə söz açmağa dəyməz. Həm də elə qiymətə sığorta edirlər ki, insanların çoxu fikrindən daşınır".

İsmayıl Əhməd: "Sığortanın heç bir növündən istifadə etmirəm, etmək fikirim də yoxdur. Səbəb etibarımın olmamasıdır".

Azər Camalov: "Tibbi sığortam var, lakin nə kart veriblər, nə də məlumat. Hansı klinikalarda müayinə-müalicə oluna biləcəyimi bilmirəm. Başqa da heç bir sığortam yoxdur. Məcburi olmasa heç bir sığortadan istifadə etmərəm. Çünki şirkətlərə etibarım yoxdur".

Əzizə İsmayılova: "Avtomobilim həm icbari, həm də kasko sığortası var. Mənzilim olsaydı, onu da etdirərdim. Canımı isə sığortalamaq mümkünsüzdür, çünki bizim sığorta şirkətləri buna getmir. Sığorta vacibdir və hesab edirəm ki, hər bir vətəndaş onun vacibliyini başa düşməlidir. Hər il büdcəmdən ilk ayırdığım məbləğ sığortalara verməli olduğum ödənişdir. O məbləği başqa heç nəyə sərf etmirəm".

Əlaqədar

Sosial sığorta üzrə müavinətlərin məbləği artırılır
İcbari tibbi sığortaya, tam olaraq keçiləcəyi tarix açıqlandı
Mingəçevir və Yevlaxda icbari tibbi sığorta tətbiq ediləcək
50 manat cərimə verməkdənsə, avtomobili sığortalamaq yaxşıdır
Azərbaycanda 1 ayda avtomobillərin sığorta haqqı 8 milyon manat olub
Şəhid ailəsinə veriləcək puldan imtina edən sığorta şirkəti
"Vətəndaşları ən çox sığorta sektoru narahat edir"
Teqlər:
can, inam, etimad, etibar, mal, sığorta, əmlak

Əsas mövzular