01:10 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
845 0 0

Qapalı sahədə siqaret çəkənlərin cəzası 105 lirədən 109 lirəyə, yerə siqaret kötüyü atmanın cəzası 63 lirədən 65 lirəyə yüksəlib.

BAKI, 3 yan-Sputnik. Türkiyədə siqaretdən sonra siqaret cəzaları da artırılıb. 1 yanvardan etibarən siqaret cəzaları 3.83 faiz nisbətində artırılıb.

Sputnik bloomberght-ə istinadla xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi yeni siyahını yerlərə göndərib.

Qapalı sahədə siqaret çəkənlərin cəzası 105 lirədən 109 lirəyə, yerə siqaret kötüyü atmanın cəzası 63 lirədən 65 lirəyə yüksəlib. Siqaretə bənzəyən saqqız və şəkər çıxaranlara 149 min lirə cəza kəsiləcək.

Dekabr ayında tütün məhsullarından alınan şəxsi istehlak vergisi 27.5 faiz nisbətində artırılmış, 5 dekabrdan etibarən qüvvəyə minən yeni satışlara görə siqaretlərə hər paketə görə 50 quruş ilə 1 lirə artım tətbiq olunmuşdu.

Əsas mövzular