01:21 22 Oktyabr 2017
Canlı yayım
Tar ustası Nəsib Quliyev

32 il sonra qarşısına çıxan əsərini yandırdı

© Sputnik / Ramil İbrahimov
CƏMİYYƏT
Qısa URL
11420

İbtidai musiqi təhsili olmayan bu adam, Qarabağın ən yaxşı tarlarını düzəlir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 2 yan — Sputnik. 32 ildir tar ustası olan Nəsib Quliyev, bu qədim xalq çalğı aləti ilə ilk dəfə 14 yaşında tanış olub. Heç bir musiqi alətində ifa etməyi bacarmayan oğluna atası, tək qalanda darıxmasın deyə tar hədiyyə edir. Balaca Nəsib tarda çalmağı, o vaxt radio və televizorda məhşur tarzənlərin ifalarını dinləyərək öyrənir.

"Bu, canlı alətdir, özünə olan münasibəti dərk edir. Yorulanda elə olur ki, yatıb dincələ bilmirsən, amma beş dəqiqə bunu götürüb nəsə ifa edəndə, bütün yorğunluğun çıxır." — deyir Nəsib usta.

Bərdə rayonunda dünyaya gələn (hazırda da Bərdə rayonunda yaşayır) N. Quliyevi, sonralar tale, musiqinin beşiyi sayılan Şuşa şəhərinə aparıb çıxarır. Orta təhsilini Şuşada başa vurur. İbtidai musiqi təhsili belə, almayan Nəsib Quliyev, sənətin incəlikərinə də orada yiyələnir.

İlk tarını isə primitiv şəkildə, cəmi üç günə düzəltdiyini deyir: "Mənim tarım sındı. Bütün tarlarım, bax bu boğaz hissədən sınırdı. Fikirləşdim ki, necə olur, hamısı burdan sınır. Dedim, eləsini düzəldim ki, sınmasın. Və bir tarı bütöv ağacdan düzəltdim."

32 il əvvəl hazırladığı tar, bu il yenidən Nəsib ustanın qarşısına çıxır. O zaman əmisi oğluna hədiyyə etdiyi tarı, sahibi ustasına xatirə olaraq qaytarır. İllər əvvəl düzəltdiyi tarı nəinki bəyənməyən, hətta ondan utanan usta, ilk əl işini yandırır.

  • Tar ustası Nəsib Quliyev
    Nəsib Quliyev bu qədim xalq çalğı aləti ilə ilk dəfə 14 yaşında tanış olub
    © Sputnik / Ramil İbrahimov
  • Tar ustası Nəsib Quliyev
    Nəsib Quliyev: "Tar canlı alətdir, özünə olan münasibəti dərk edir"
    © Sputnik / Ramil İbrahimov
  • Tar ustası Nəsib Quliyev
    Ustanın sözlərinə görə, yaxşı tarın çanağı tut, qol və kəllə hissəsi isə qoz ağacından hazırlanmalıdır
    © Sputnik / Ramil İbrahimov
  • Tar ustası Nəsib Quliyev
    Çanaq 1 il, gün işığı düşməyən yerdə qurudulur
    © Sputnik / Ramil İbrahimov
  • Tar ustası Nəsib Quliyev
    Tar ustası Nəsib Quliyev
    © Sputnik / Ramil İbrahimov
1 / 5
© Sputnik / Ramil İbrahimov
Nəsib Quliyev bu qədim xalq çalğı aləti ilə ilk dəfə 14 yaşında tanış olub

"Bağışlamışdım əmim oğluna. Bu il o tarı özümə qaytardılar, xatirə olaraq. Baxdım ki, kobud düzəltmişəm, fikirləşdim ki, gülərlər mənə. Yandırdım o tarı. Amma sonradan peşman oldum. Gərək onu qapıdan asardım. Axı, mənim ilk əl işim idi." — deyə təəssüflənir.

Dediyinə görə, yaxşı tarın çanağı tut, qol və kəllə hissəsi isə qoz ağacından hazırlanmalıdır: "Əsas məsələ uyğun ağacı tapmaqdır. Hazırlanma prossesi, bəzən bir və ya iki ildən də çox çəkir deyir. İki günə kötüyün içini çıxarırıq, çölünü hamarlayırıq. Əgər çanağın divarlarının qalınlığı 1 santimetrdən azdırsa, minimum 1 il qalmalıdır".

"Çanaq 1 il, gün işığı düşməyən yerdə quruduqdan sonra, qol və kəllə hissə xüsusi yapışqanla bərkidilir. Bundan sonra alət üzlənir, pərdələr və simlər yerləşdirilir. Ən axırda səslənmənin keyfiyyəti yoxlanılır." — Nəsib usta əlavə edir.

O, bu günə kimi düzəltdiyi tarlardan, yalnız ötən il dördünü satıb. İllərlə zəhmət çəkib ərsəyə gətirdiyi tarları satmağa əli gəlmir. Ən böyük arzusu isə — hazırladığı tarları məhşur tarzənlərdən birinin əlində görməkdir.

Əlaqədar

Türk usta bir möcüzə gerçəkləşdirdi
Əsərləri ilə insanları valeh edən usta
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
Təndir düzəldən ustaların sayı kəskin surətdə azalıb
Müştərisinin geri dönəcəyini 6 il gözləyən usta
Teqlər:
tar, Nəsib Quliyev, Bərdə, əsər, usta, Şuşa

Əsas mövzular