23:57 25 Fevral 2018
Canlı yayım
Şimal bölgəsində qış

Qışda unudulan kəndlər...

© Sputnik / Shahperi Abbasova
CƏMİYYƏT
Qısa URL
141740

Qış turizminin inkişafı istiqamətində atılan addımlar rayonun iqtisadi inkişafına şərait yaratmaqla yanaşı, həm də əhalinin işsizlik məsələsinin həllinə kömək ola bilər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 yan — Sputnik. Şimal-qərb bölgəsi yay aylarında turist axınına məruz qalır. Yayda bu bölgədə yerli və xarici qonaqların əlindən ayaq basmağa yer olmur. Di gəl ki, qışda bu kəndlər, sanki unudulur. Nə gələn olur, nə də gedən.

Füsunkar təbiəti ilə göz oxşayan bu kəndlər qışda bir başqa gözəl olur. Ancaq qış turizminin inkişaf etməməsi, mövcud infrastrukturun yetərincə olmaması, nəticə etibarilə bu kəndlərdən olanların belə, qışda buranı tərk etməsinə səbəb olur. Bağlı qapılar, boş küçələr… Qışda bu kəndlərdə mənzərə, ancaq bundan ibarət olur.

Balakən rayonunun Mahamalar kəndi öz füsünkar təbiəti ilə bölgəyə üz tutan hər kəsi heyran qoyur. Kənd sakini Leyla Xoçberova Sputnik-in bölgə müxbiri ilə söhbətində bildirib ki, bu kəndin yayı da, qışı da çox gözəldir.

"Amma qışda bu kənddə nadir hallarda turist görmək olar. Bu kəndin sakinləri çox kasıb yaşayırlar. Çoxları da pul qazanmaq üçün Rusiyaya üz tuturlar. Burada turizm inkişaf etsə, insanlar öz yerlərini tərk edib Rusiya çöllərinə düşməzlər", — həmsöhbətimiz deyib.

Qax rayon İlisu kənd sakin Bahar Abdullayeva da imkansızlıqdan gileylənir: "Kəndlərin boşalmasının əsas səbəbi qış aylarında kəndlərin qonaqsız, nəticədə isə sakinlərin işsiz qalmasıdır. Halbuki, bu kəndlərdə qış turizminin inkişafı üçün hər cür şərait var".

Qış turizminin inkişafı istiqamətində atılan addımlar rayonun iqtisadi inkişafına şərait yaratmaqla yanaşı, həm də əhalinin işsizlik məsələsinin həllinə kömək ola bilər. Nəticədə nə kəndlər boş qalar, nə də qonağımız əskilər.

Əlaqədar

Şəmkirin kəndində güclü yanğın
Fillər bir kəndin altını üstünə çevirdi
"Əvvəlcə aydınlaşdırmaq lazımdır ki, kəndli o torpağı niyə əkib-becərmir"
Onlar bütün Azərbaycana bir kənddən yayılıblar
Yüksək dağ kəndi Hacıkənddə dondurulmuş gözəllik
Azərbaycanda kapitalizmdən bixəbər kənd: burada varlı ilə kasıb bir-birindən seçilmir
Bu kəndin əhalisi hökumətdən silah istəyir
Teqlər:
qış, təbiət, yay, kənd, bölgə, qonaq, turist

Əsas mövzular