06:25 16 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib

İki piyada keçidi istifadəyə verildi

© Photo : "Azəravtoyol" ASC-nin mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
62 0 0

Piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa olunub.

BAKI, 30 dek-Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Bakı şəhərində daha iki yerüstü piyada keçidi istifadəyə verilib.

Bu barədə Sputnik-ə "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.  Piyada keçidləri M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də və Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa olunub.

Keçidlərin istifadəyə verilməsi mərasimində “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov, sədr müavinləri Əvəz Qocayev və Hüsnü Quliyev, cəmiyyətin digər rəhbər şəxsləri, həmçinin rayon rəhbərliyi və ictimayyəti iştirak ediblər. 

Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

“Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən keçidlərin dayaqları dəmir-beton, aşırım hissələri isə metal konstruksiyadan ibarətdir. Hər ikisinin pilləkan hissədən ibarət 2 giriş-çıxışı mövcuddur.

M-1 Bakı-Quba-Rusiya Fedarasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12.2-ci km-də inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 44.8 metr, pilləkən hissəsinin uzunluğu 20 metr olmaqla, ümumi uzunluğu 64.8 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 1 aşırımlı (orta dayaqsız) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib
© Photo : "Azəravtoyol" ASC-nin mətbuat xidməti
Keçidlər avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilib

Sözügedən keçidin tikintisində 65 ton metal, 280 m3 beton, 27.4 ton armatur, 60 m2 qranit və 600 m2 aqlay istifadə olunub. layihə çərçivəsində keçidin yanında vətəndaşların rahat şəkildə avtobuslardan istifadə etməsi üçün 2 ədəd dayanacaq inşa olunub. 

Qeyd edək ki, keçidin tikintisinə cari ilin iyun ayında başlanılıb.

Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesində inşa inşa edilən keçidin aşırım hissəsinin uzunluğu 42.3 metr, pilləkən hissəsinin uzunluğu 32.7 metr olmaqla, ümumi uzunluğu 75 metr təşkil edir. Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına uyğun inşa edilmiş 2 aşırımlı (orta dayaqlı) keçidin qalereyasının eni 4 metr, yol səthindən hündürlüyü isə 5.5 metrdir.

Xatırladaq ki, hazırda Bakı şəhəri ərazisində 11 yerdə yeraltı və yerüstü piyada keçdilərinin inşası aparılır. Yaxın gələcəkdə zəruri olan digər ərazilərdə də yüngül konstruksiyadan ibarət piyada keçidlərinin inşası nəzərdə tutulub.

Əsas mövzular