CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis dünya azərbaycanlılarına müraciət edib

Abunə olmaq
Müraciəti parlamentin plenar iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

BAKI, 30 dek-Sputnik. Azərbaycan Milli Məclisi 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.

© Photo : APABahar Muradova, Milli Məclis sədrinin müavini
Bahar Muradova, Milli Məclis sədrinin müavini  - Sputnik Azərbaycan
Bahar Muradova, Milli Məclis sədrinin müavini

Sputnik xəbər verir ki, müraciəti parlamentin plenar iclasında Milli Məclis sədrinin müavini Bahar Muradova oxuyub.

Müraciətdə deyilir ki, "dünya azərbaycanlılarının bir vəzifəsi də xalqımızın milli dəyərlərinin və adət-ənənələrinin qorunmasıdır və bu, dünya azərbaycanlılarının birliyindən asılıdır.

Dünya azərbaycanlıları səylərini birləşdirsələr bu, Dağlıq Qarabağla bağlı mühüm addım olar. Yalnız dünya azərbaycanlılarının birgə səyləri dövlətimizin inkişafına mane olan bu problemi aradan qaldıra bilər".

Müraciətin qəbul edilməsindən sonra parlamentin payız sessiyasında sonuncu plenar iclası başa çatıb və bununla da payız sessiyası bağlı elan edilib.

Xəbər lenti
0