CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobus sürmək üçün bu testdən də keçməli olacaqlar

© Sputnik / Murad OrujovBakuBus автобус
BakuBus автобус - Sputnik Azərbaycan
Abunə olmaq
Allahverənov: Bakı Nəqliyyat Agentliyi tərəfindən sürücülər hansısa bir marşruta təyin olundusa, ən azından həmin marşrutda sərnişinlər hansısa neqativlərin, qəzaların olmasından sığortalanmış olacaqlar.

BAKI, 29 dek — Sputnik. Bakıda fəaliyyət göstərən marşrut sahibləri marşrutlarına sürücü seçmək hüququndan məhrum ediləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli məlumat verib.

Onun sözlərinə görə, BNA tərəfindən bununla bağlı vahid sistem yaradılacaq: "Bu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət göndərilib. Bakı Nəqliyyat Agentliyində Vahid Sürücü Sistemi yaradılacaq. Sürücülər müsabiqədən keçəndən sonra standartlara cavab verərsə, həmin sürücünün məlumatı vahid sistemə əlavə ediləcək. Marşrut avtobuslarına sürücülər də həmin sistemdən seçiləcək. Marşrut sahibi artıq özü sürücü təyin edə bilməyəcək". 

Bakı Nəqliyyat Agentliyi metronun Koroğlu stansiyası yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzində monitorinq keçirib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəhbərlik sərnişin avtobuslarında ciddi nöqsanlar aşkarladı

Məsələ ilə əlaqədar nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik-ə açıqlamasında deyib ki, bu fikir maraqlı və təqdirəlayiqdir: “O baxımdan ki, beynəlxalq təcrübədə də belə bir sistemlərin mövcud olduğu barədə xəbərdarıq. Bilirik ki, həmin sistemdə adları olan avtobus sürücüləri uzunmüddətli bir təlim keçiblər. Məsələn, Hollandiyada, Finlandiyada avtobus sürücüsü olmaq üçün ən az 2 il təhsil almaq, imtahan vermək, müəyyən sınaqlardan keçmək lazımdır. Yalnız bundan sonra avtobusun idarə olunmasına həmin şəxs buraxılır”. 

Ekspert bildirib ki, yəni, konkret şərtlər mövcuddur: “Həmin sistemdə adları olan avtobus sürücüləri ictimai nəqliyyatda sərnişindaşıma funksiyasını yüksək keyfiyyətlə həyata keçirə biləcək şəxslər olurlar. Artıq Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin şəxslər hansısa bir marşruta təyin olundusa, ən azından həmin marşrutda sərnişinlər hansısa neqativlərin, qəzaların olmasından sığortalanmış olurlar”.

O, deyib ki, bu ideyanın reallaşması mümkündür: “Amma burada mexanizmə nəzər salmaq lazımdır. Çünki, əgər hansısa şirkət sürücü təyin etmək ixtiyarına malik olmayacaqsa, Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir. Agentlik də sürücünü işə cəlb etməlidir. İşə cəlb edən zaman ola bilsin ki, sürücü hansısa kriteriyalarına görə şirkət rəhbərliyinin xoşuna gəlməyə bilər. Belə olduğu halda, Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi kadr şirkətlərə nə dərəcədə uyğun hesab oluna biləcək və yaxud da şirkətlərin bir və ya üç kadrdan imtina etməsi nə ilə nəticələnə bilər. Düşünürəm ki, mexanizmin bu nöqtələrində işləmək lazımdır. İşlək bir mexanizm yaradılsa, tətbiqi mümkündür. Bu da istehlakçıların maraqlarına uyğundur”. 

Bakıda parkomat - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxt sürücüləri onun əlindən fəryad edirlər

Ekspert qeyd edib ki, "BakuBus" MMC-nin sürücü cəlb etmə siyasəti daha çox müsbət nəticə verir, nəinki digər şirkətlərin: “Bu prinsipdən irəli gələrək bütövlükdə, ictimai nəqliyyatda bu, siyasəti tətbiq etmək lazımdır. Hesab edirəm ki, burada rəqabət mühiti də yaranır. Rəqabət mühitində daha yaxşı sürücülər bu prosesə cəlb olunacaq ki, əslində şirkətlər bunu böyük məmnunluqla qarşılamalıdırlar. Çünki, söhbət onların tabeçiliyində olan avtobusun qəzadan uzaq şəraitdə idarə olunmasından gedir”. 

Sürücülərin müsabiqəyə cəlb edilməsinə gəlincə, ekspert bildirib ki, birincisi sürücülük vəsiqəsini kimsə imtahan verib əldə edirsə, artıq avtobusu idarə etməyə layiqli görülürsə, bu, kifayət deyil: “Burada yorğunluq, digər psixoloji məqamlar ola bilər. Onun məhsuldarlığına, işgüzarlığına bilavasitə təsir göstərə bilər. Sağlam rəqabət dedikdə, burada bir çox məsələlər nəzərdən keçirilir, o cümlədən də  avtobus sürücülərinin psixoloji durumu. Çünki, hər bir avtobus sürücüsü, məsələn, psixoloji testdən keçməlidir. Dövlət Yol Polisi sürücülük vəsiqəsini verərkən onlar psixoloji testdən keçirmirlər. Yalnız tibbi arayış təqdim olunur ki, o psixoloji cəhətdən nəqliyyat vasitəsini idarə etməyə hazırdır, qadirdir. Amma psixoloji testlər ictimai nəqliyyatda sürücülük fəaliyyəti göstərən insanlar üçün olduqca vacib şərtdir. Beynəlxalq aləmdə, xüsusilə də inkişaf etmiş ölkələrdə bu mexanizmlər geniş tətbiq olunur”. 

Bakıda avtomobillər - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu xəbər bütün sürücüləri məyus edəcək

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Razim Bayramov isə Sputnik-ə açıqlamasında deyib ki, sürücü bazasının yaradılması yaxşı haldır: “Kimə lazımdırsa, sifariş verib götürsün. Yoxsa, kim haradan istəyir, oradan da götürür və bu, yaxşı hal deyil. Yəni, sürücülər hazırlanır, onların bazası, bütün göstəriciləri olur. Sürücü güzgü kimi orada əks olunur. Haradan, niyə qovulduğu barədə məlumat olur və s. Hər bir sürücünün kartoçkası olmalıdır. Lazım olanda, orada seçim imkanları olur. İnsan baxır ki, kimi işə götürüm”. 

Dosent bildirib ki, sürücülərin müsabiqədən keçirilməsi hökmən lazımdır: “Almaniyada da bu praktika var, amma orada başqa cürdür. Orada qayda pozan sürücülər üçün xüsusi kurslar keçirilir və arayış verilir ki, bu adam, uzun müddət içkili olub və yaxud da qaydaları pozub. Onların hamısını pozduğu qaydanın mürəkkəbliyindən, təhlükəliliyindən asılı olaraq kurslara cəlb edirlər. Bu kurslar 10-15 gün, 1 ay ola bilər. Sonra arayışlar verilir. Bu, sürücülük hüququndan məhrum etmə deyil. Sadəcə bu adam bu kursu keçdi. Onun kartoçkasına yazılır ki, bu adam bu və ya digər səhvləri buraxmışdı, ona kurs keçildi, öyrətdilər. Yəqin ki, bizdə də bu tətbiq ediləcək”.

Xəbər lenti
0