10:40 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Здание центра кино Низами в Баку

Bakıda azyaşlı uşaqlar yaş həddi qoyulmuş filmlərə niyə buraxılır

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
59810

Nazirlik Nizami kinoteatrının mövqeyi ilə razılaşmır

BAKI, 21 dek-Sputnik. Asudə vaxtlarını səmərəli keçirmək istəyən insanların üz tutduqları yerlərdən biri də kinoteatrlardır. Müasir Azərbaycan tamaşaçısı kinoteatra getməyə bir o qədər də meyl göstərmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Bizi bu yazını yazmağa vadar edən səbəb kinoteatrlara gedən Azərbaycan tamaşaçısını narahat edən bir məqamdır Belə ki, bu günlərdə redaksiyamıza kinoteatrlarla bağlı bir şikayət məktubu daxil olub. Oxucu Səbinə Quliyevanın məktubunda deyilir:

"Bazar günü "Oğlan evi" kinokomediyasını izləmək üçün həyat yoldaşımla Nizami kinoteatrına getmişdik. Mənəvi zövq üçün üz tutduğumuz kinoteatrda gördüyümüz mənzərə bizi məyus etdi. Filmin anonslarında və biletlərin üzərində 12+ yazılsa da, zala daxil olmağı gözləyənlərin 50 % —i 7-10 yaşlı uşaqlar idi. Zala daxil olarkən həyat yoldaşım nəzarətçiyə iradını bildirdi ki, bu uşaqlar balacadır, nə hüquqla onları içəri buraxırsız?! Nəzarətçi isə heç nə demədən işinə davam etdi. Yanımda əyləşən 8-9 yaşlı uşaqlar nümayiş zamanı gah güldülər, gah filmdə edilən zarafatları təkrar etdilər və səs-küy saldılar. Ətrafda olan böyüklərdən bir neçə dəfə zaldakı uşaqlara "sakit olun" desələr də, uşaqlar öz bildiklərini etməyə davam edirdi. Bir sözlə, filmə baxıb zövq almaqdansa, əsəb və gərginlik qazandıq. Nə işçilər uşaqlara nəzarət edirdi, nə də uşaqlarla gələn valideynlər və yaxınları."

Sputnik-in əməkdaşı bu məktubda qeyd olunanlarla əlaqədar Nizami Kino Mərkəzinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bildirib ki, onlar afişalarda və bütün reklamlarda filmin yaş həddini qeyd edirlər. Əgər uşaqlar kinoya baxmağa valideynləri ilə gəliblərsə, onda zaman cavabdehlik də kinoteatrın yox, valideynlərin üzərinə düşür.
"Əgər valideynlər uşaqlarının yaşı çatmadığı halda onları hansısa filmə baxmağa gətirirlərsə, biz onlara heç nə deyə bilmərik." — deyə Əhədova bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bəzən bir nəfər gəlib 10-20 bilet alır. Kinoteatr isə bu biletlərin hansı yaşda olan adamlara alındığını bilmir. Belə olan halda, kinoteatr bileti olan istənilən tamaşaçıya yaş həddini nəzərə almadan filmə baxmağa şərait yaradır. 

"Nəzarətçiyə bilet təqdim edilirsə, onun ixtiyarı yoxdur bilet alan tamaşaçını geri qaytarsın." — deyən mətbuat katibi onu da qeyd edib ki, reklamlarda və anonslarda yaş həddi qeyd olunduğundan, bu məsələyə valideynlər özləri nəzarət etməlidirlər.

"Əgər valideynlər buna riayət etmirlərsə, bu, artıq onların günahıdır. Zalda uşaqların səsindən narahat olanlara gəlincə isə, onlar nəzarətçiyə iradlarını bildirsələr, qısa vaxtda ölçü götürülə bilər." — deyə Əhədova əlavə edib.

Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov isə kinoteatr nümayəndəsinin fikirləri ilə razılaşmayıb.

"Kinoteatrın rəhbərliyi görüşlər zamanı da deyir ki, əgər uşaq valideynlə gəlirsə, məsuliyyət də valideynin üzərinə düşür. Mənim fikrimcə və qaydalara görə, bu düzgün deyil. Filmdə və biletin üzərində 12+ yazılıbsa, 12 yaşdan aşağı uşaqlar kino zalına buraxılmamalıdır. Kinoteatrın işçiləri buna nəzarət etməlidir." — deyə Nazirliyin nümayəndəsi bildirib.

Əlaqədar

Azərbaycan Kazanda keçirilən müsəlman kino festivalında təmsil olunur
Milli kino günündə Azərbaycan kinematoqrafçılarını təbrik etdilər
Kino tariximizin nadir qəhrəmanlarından - Qaloşlu adam
Braziliyada Azərbaycan kino həftəsi keçirilib
Kino zövqümüzün formalaşmasında müstəsna rol oynamış şəxs
Teqlər:
Nizami Kino Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, kinoteatr

Əsas mövzular