02:34 21 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib

İtkin düşmüş neftçilərdən hələ də xəbər yoxdur

© Foto : ardda.gov.az
CƏMİYYƏT
Qısa URL
189 0 0

Axtarış - xilasetmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib

BAKI, 21 dek — Sputnik. "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Axtarış-xilasetmə Qərargahından Sputnik-ə verilən məlumata görə, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış — xilasetmə əməliyyatları uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilir.

Axtarış — xilasetmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi Kinoloji xidmətinin xilasediciləri, Xəzər — Zirə (Bulla) adasına sahiliboyu baxış həyata keçirib. Bundan əlavə Dövlət Neft Şirkətinin Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da xilasetmə əməliyyatlarına cəlb olunub.

  • Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    © Foto : ardda.gov.az
  • Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    © Foto : ardda.gov.az
  • Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    © Foto : ardda.gov.az
  • Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib
    © Foto : ardda.gov.az
1 / 4
© Foto : ardda.gov.az
Axtarış - xilasetmə əməliyyatları çərçivəsində FHN-i Kinoloji xidmətinin xilasediciləri, Xəzər - Zirə adasına sahiliboyu baxış həyata keçirib

Əməliyyatlar, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv şəkildə davam etdirilməkdədir.

Axtarış — xilasetmə zonasının daha da genişləndirilməsilə əlaqədar olaraq, Axtarış — xilasetmə Qərargahı tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla, ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılmaqdadır. Sahilboyu ərazilərdə Fövqəladə Halar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri davam etməkdədir.

Əlaqədar

İtkin neftçilərin axtarışı genişləndirilir
İtkin düşmüş neftçiləri 44 gəmi axtarır
İlham Əliyevdən itkin düşən neftçilərlə bağlı mühüm qərar
İtkin düşmüş neftçilərlə bağlı qorxunc iddia
Xəzərdə batan neftçinin gözyaşardıcı ailə dramı üzə çıxdı
İtkin neftçinin oğlu: "Atamla axşam danışdıq, dedi ki..."
Həlak olan neftçinin adı açıqlandı
Teqlər:
"Azneft" İB, Dövlət Neft Şirkəti, neftçi, FHN, axtarış, Azərbaycan, xilasetmə

Əsas mövzular