15:16 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Kimsəsiz uşaq, arxiv şəkli

Bakıda xeyriyyə aksiyası keçirilir

© Sputnik / Konstantin Chalabov
CƏMİYYƏT
Qısa URL
10 0 0

Aksiyadan əldə olunan vəsait, ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək

BAKI, 20 dek — Sputnik. Formula 1 yarışının Azərbaycandakı promouter şirkəti Bakı Şəhər Halqası (BŞH) xeyriyyə aksiyası keçirir. BŞH-ın mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, şirkət bu gün Fəvvarələr Meydanında təşkil olunan "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasında ehtiyac içində olanlara dəstək vermək məqsədilə xeyriyyə guşəsi açıb.

Kimsəsiz uşaqlar
© AP Photo / Lefteris Pitarakis

Şirniyyatlar, şallar, papaqlar, corablar və digər əl işlərinin satışa çıxarılacağı aksiyadan əldə olunan vəsait, ağır xəstəlikdən əziyyət çəkən azyaşlıların müalicəsinə sərf olunacaq. Aksiya 26 dekabr tarixinədək davam edəcək.

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai hamını əməliyyat şirkətinin xeyriyyə yarmarkasındakı güşəsini ziyarət etməyə və orada satışa çıxarılan məhsulları almaqla ehtiyac içində olanlara əl uzatmağa dəvət edir: "Biz indiyədək sosial məsuliyyət prinsipindən yola çıxaraq cəmiyyətimizə davamlı şəkildə hər fürsətdə öz töhfəmizi verməyə çalışmışıq. Cari mövsüm bu istiqamətdə olan səylərimizi daha da artıracağıq. Bu məqsədlə xeyriyyə yarmarkasında açdığımız guşədə kiçik sahibkarların, o cümlədən regionlarda yaşayan xanımların əl işləri satışa çıxarılıb".

"Bizim üçün bu fəaliyyət ikiqat sosial məsuliyyət daşıyır. Biz bir tərəfdən yerli sahibkarların əl işlərini yüksək qiymətləndirməklə onların biznes fəaliyyətinə dəstək oluruq, digər tərəfdən məhsulların satışından əldə olunan vəsaiti ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönləndirməklə cəmiyyətdə sosial rifahın tam şəkildə təmin olunmasına çalışırıq", — Arpadarai qeyd edib.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti növbəti aylarda da oxşar tədbirlər keçirməklə əhali arasında sosial rifahın yüksəldilməsi istiqamətində öz dəstəyini göstərməyə davam edəcək.

Əlaqədar

İtin uşağı parçalaması kameraya düşdü
Uşaqlarla bağlı yeni qanun layihəsi hazırlanır
Son beş ildə Azərbaycanda uşaqlara ən çox bu adlar verilib
Uşağını təkbaşına böyüdən valideynlərə güzəşt ediləcək
Xəbərdarlıq gəldi: "Uşaqlarınızı şaxta babalardan uzaq tutun!"
Yeni bəla uşaq və yeniyetmələr arasında sürətlə yayılır
Teqlər:
xeyriyyə, BŞH, Nigar Arpadarai, Bakı Şəhər Halqası, Formula 1, aksiya, uşaq

Əsas mövzular