19:16 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
2764 0 0

Respublika üzrə tütün məmulatlarına olan tələbat, ötən illə müqayisədə 2.57 % artıb

BAKI, 19 dek — Sputnik. Bir neçə gün öncə spirtli içkilərin ən çox istehlak olunduğu bölgələrlə bağlı yazı dərc etmişdik. Əldə etdiyimiz məlumatlar gözlənilənin tam əksini üzə çıxarmışdı. Belə ki, statistikaya əsasən, spirtli içkilər, daha çox Azərbaycanın cənub regionlarında, xüsusilə Lənkəran rayonunda istehlak olunur. Bu siyahıda ikinci yeri şimal rayonları — Quba-Xaçmaz tutur.

Bəs tütün məhsullarında vəziyyət nə yerdədir? Ən çox və ən az siqaret çəkilən bölgələrimiz hansılardır? Daha çox hansı yaş kateqoriyalarında tütün qəbul edilir? Kişilər, yoxsa qadınlar daha çox siqaret çəkirlər? Bu barədə suallarımızı Dövlət Statistika Komitəsinə ünvanladıq.

Komitədən Sputnik-ə verilən məlumat görə, ölkədə siqareti, ən çox istehlak edən təbəqə — 50-59 yaş arası olan kişilərdir. O da bildirilib ki, Respublika üzrə tütün məmulatlarına olan tələbat ötən illə müqayisədə 2.57 % artıb.

Maraqlısı odur ki, statistikaya əsasən, siqareti daha çox övladı olmayan kişi və qadınlar çəkirlər. Adam başına düşən hesablamaya görə, kənd yerlərində şəhərlərə nisbətən siqaret çəkənlər üstünlük təşkil edirlər.

Komitənin məlumatına görə, tütün məhsullarına çəkilən xərclərin çoxluğuna görə Dağlıq Şirvan bölgəsində yerləşən rayonlar ilk sırada durur. Bura Ağsu, İsmayıllı, Qobustan və Şamaxı daxildir. 2-ci yeri Şəki-Zaqatala, 3-cü yeri isə Quba-Xaçmaz zonası tutur. Maraqlıdır ki, siqaretə ən az xərc Naxçıvan Muxtar Respublikası ərazisində çəkilir.

Tütün istehsalı və bu məhsulları ölkəyə gətirən bir neçə məşhur şirkətdən də ətraflı məlumat almağa çalışsaq da, sualımıza cavab verən olmayıb. Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da özündə olan məlumatları Sputnik-lə bölüşüb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
© Sputnik / Kamilla Aliyeva
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov

Birlik sədrinin sözlərinə görə, Azərbaycanda ən çox siqaret çəkilən bölgə tənbəkinin ən çox əkildiyi bölgədir. Onlarda olan məlumata görə, tütünün istehlakında ilk sırada Şəki-Zaqatala zonası durur.

E. Hüseynov, həmçinin əlavə edib ki, rəhbəri olduğu qurum hal-hazırda filtrsiz siqaretlərin qeyri-qanuni istehsalı ilə məşğul olanlara qarşı ciddi mübarizə aparır: "Həmin siqaretlər "Qoç Standart"dan sertifikat almadan qeyri-qanuni istehsal olunur. Xüsusilə Bakıda bu proses sürətlə yayılır".

"Valideynlər bizə məlumat verirlər ki, kimlərsə onların övladlarına, bir qutusu 50 qəpiyə siqaret satırlar. Bu, ölkədə sürətlə yayılan böyük məişət narkomaniyasıdır. Özüm şəxsən Baş nazirimizə də məktub yazmışam. Ümid edirəm ki, vəziyyət ciddi araşdırılacaq", — Hüseynov əlavə edib.

Əlaqədar

Siqaret və spirtli içkilər bahalaşıb
Bu gündən bütün siqaretlər yeni qiymətlə satılacaq
Siqaret satışı ilə bağlı sərt qərar qəbul edildi
Ölkəyə siqaret keçirmək istəyən şəxs yaxalandı
Gömrükçülər külli miqdarda qaçaqmal siqaret ələ keçirdilər
Bu siqaretlər bahalaşdı
Eyyub Hüseynov: Təklif edirəm siqaretin qiyməti 50% qalxsın
Teqlər:
çəkilən, istehlak, Eyyub Hüseynov, istehsal, spirtli içki, bölgə, tütün, siqaret, rayon

Əsas mövzular