14:14 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
106 0 0

Azərbaycandan olan miqrantların 85 faizi Rusiyaya gedir, bura gələn miqrantların isə 85 faizini ruslar təşkil edir.

BAKI, 16 dek — Sputnik. "Rusiya Federasiyasında əsas istiqamət 2025-ci ilə qədər qəbul olunmuş dövlət miqrasiya siyasətinin konsepsiyası çərçivəsində təsdiq edilən miqrasiya siyasətinin həyata keçirilməsi ilə bağlıdır. Bu konsepsiyanın həyata keçirilməsi çərçivəsində mühüm işlər görülür".

Bu gün, Sputnik Beynəlxalq Mətbuat Mərkəzində, "Postsovet məkanındakı miqrasiya siyasəti" mövzusunda keçirilən Moskva-Bakı-Astana-Kişinyov-Minsk-Tbilisi video-körpüsündə, Rusiya Dövlət İdarəçilik İnstitutu və İdarəetmə Universitetinin Dövlət idarətməsi və siyasi texnologiyalar fakültəsinin professoru Vladimir Volox belə deyib. Onun sözlərinə görə, Rusiya Federasiyasına hər il 15-17 milyon miqrant gəlir.

"Hər gün Rusiya ərazisində 10 milyondan artıq xarici vətəndaş olur. Mən hesab edirəm ki, bu, pozitiv faktordur, çünki bu proses mədəni dəyərlərin və biliyin mübadiləsi, birgə konfransların və idman yarışlarının keçirilməsi ilə bağlıdır", — Volox bildirib.

"Rusiya ərazisində müvəqqəti və ya daimi yaşayan 700-800 min xarici vətəndaş var. Onların sayı ölkə əhalisinin ümumi sayının yarım faizinə bərabərdir. Bu rəqəmlər göstərir ki, Rusiya cəlbedici, demokratik və qapalı olmayan bir ölkədir. Rusiya, oraya yaxşı niyyətlərlə gələn hər kəsi qəbul etməyə hazırdır", — o, əlavə edib.

Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaşlıq və miqrasiya üzrə Şöbəsinin idarə rəisi Vitali Naumçikin sözlərinə görə isə, Belarus miqrantlar üçün tranzit bir ölkədir: "Təəssüf ki, bizim ölkə ilk növbədə Rusiyadan olan qanunsuz miqrantlar üçün tranzit ölkədir. Onlar bizim ölkəmizdən Avropaya keçmək istəyirlər. Heç kəsə sirr deyil ki, onlar daxili sərhədlərin açıq olmasından və sərhəd nəzarətinin olmamasından istifadə edirlər".

Azərbaycan tərəfdən iştirak edən, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov isə bildirib ki, Azərbaycanı miqrant ölkəsi adlandırmaq olar: "Azərbaycanda 300 min qaçqın və 700 min məcburi köçkün yaşayır. Azərbaycandakı işçi miqrantların sayına görə ilk yerdə Gürcüstan dayanır. Azərbaycanda 100 minə yaxın Gürcüstan vətəndaşı yaşayır".

"Azərbaycana ümumi miqrant axınına görə isə birinci yerdə Rusiya dayanır. Bizim Rusiya ilə miqrasiya mübadiləmiz çox sıxdır. Azərbaycan miqrantlarının 85 faizi Rusiyaya gedir, bura gələn miqrantların isə 85 faizini rus miqrantlar təşkil edir. Rusiyadan sonra isə Gürcüstan, Türkiyə, Ukrayna və İran gəlir", — deyə Azər Allahverənov əlavə edib.

Əlaqədar

Liviya sahillərində yüzlərlə miqrant batıb
Türkiyəyə sığınan suriyalı miqrantlar geri qaytarılır
Suriyalı miqrantlar İspaniyada üsyan qaldırdı
Aralıq dənizində dəhşətli miqrant faciəsi yaşanır
İtaliya sahillərində 1000-dən çox miqrant xilas olunub
Çexiya bu il miqrant qəbul etməyəcək
Avropalılar miqrantların ucbatından iş yerlərini itirməkdən qorxurlar
Teqlər:
Belarus, Minsk, Tbilisi, Gürcüstan, Astana, Kişinyov, miqrasiya, Bakı, miqrant, Moskva, Rusiya, Azərbaycan

Əsas mövzular