CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Taksi sürücülərinə bəd xəbər

© AFP 2023 / EMMANUEL DUNANDBakıda taksi, arxiv
Bakıda taksi, arxiv - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
BAKI, 8 aprel - Sputnik. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) xəbər verilib.
Belə ki, operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək. Bununla yanaşı ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.
Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.
16.12.16
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Məcəlləyə əlavənin edilməsi təklif edilib.
Məcəlləyə edilən əlavəyə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Xəbər lenti
0