Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Hökumət deputatların təklifini qəbul etdi

© Photo : REPORT IASamir Şərifov
Samir Şərifov - Sputnik Azərbaycan
Abunə olmaq
Samir Şərifov: "Artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək"

BAKI, 16 dek — Sputnik. "Gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı millət vəkillərinin təklifləri hökumət tərəfindən ilkin olaraq təhlil edilib".

Milli Məclisin iclası - Sputnik Azərbaycan
Dövlət büdcəsi təsdiq olundu

Sputnik xəbər verir ki, Milli Məclisin plenar iclasında, maliyyə naziri Samir Şərifov belə deyib. Nazir bildirib ki, büdcə müzakirəsi zamanı millət vəkillərinin qaldırdığı bəzi məsələlərə, yalnız bir il ərzində deyil, bir neçə il ərzində baxılması lazım gəlir: "Millət vəkillərinin mədəniyyət sahəsinə xərclərin artırılması ilə bağlı təklifi nəzərə alınaraq, mədəniyyət sahəsinə əlavə olaraq 3 milyon manat vəsait ayrılıb. Milli Məclisin saxlanma xərcləri 850 min manat artırılıb. Gənclər Fondunun vəsaitinin cari il səviyyədə saxlanılmasına qərar verilib. Gənclər Fonduna nəzərdə tutulan vəsait düzgün qərardır, büdcədə ayrılmış vəsaitdən əlavə məbləğin ayrılması məqsədəuyğun deyil".

S. Şərifov qeyd edib ki, artan xərclərlə əlaqədar 2017-ci ilin dövlət büdcəsinin 2, 8 və 16-cı maddələrində dəyişiklik ediləcək: "Bu maddələr gəlirlərin və xərclərin formalaşmasına aid olan maddələrdir. Digər təkliflərə də mərhələli şəkildə baxılacaq".

Qeyd edək ki, iclasda 2017-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər səsə qoyuraq qəbul edib.

Xəbər lenti
0