18:56 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Nəriman Nərimanov adına NQÇİ-də neftçilərin itkin düşməsi ilə bağlı Azneft İB-da mətbuat konfransı

Xəzərdə itkin düşmüş neftçilərlə bağlı yeni xəbər

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
Xəzərdə növbəti faciə (8)
244 0 0

İtkin düşənlərin axtarışına 10-dan çox gəmi cəlb edilib

BAKI, 15 dek — Sputnik. Dənizdə batan neftçilərdən birinin cəsədi tapılıb. Sputnik-in məlumatına görə, bu barədə, bu gün keçirilən mətbuat konfransında, SOCAR-ın baş mühəndisi Balamirzə Ağarəhimov açıqlama verib. 

SOCAR nümayəndəsi daha əvvəl yayılmış, operator, Hacıqabul rayon Atbulaq kəndinin sakini Cavid Bəhramovun cəsədinin tapıldığı barədə məlumatı təkzib edib. O, qeyd edib ki, cəsədi tapılan neftçi İlham Qafarovdur: "Qəzanın baş verdiyi ərazidə suyun dərinliyi 10-12 metrdir: "İtkin düşənlərin axtarışına 10-dan çox gəmi cəlb edilib".

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Foto : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qeyd edək ki, bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində növbəti faciə baş verib. Saniyədə 41 metr sürətlə əsən güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi dənizə uçub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. SOCAR itkin düşənlərin siyahısını da təqdim edib: 1. Zülfüqarov Güloglan — maşinist 2. Zülfüqarov Azay — operator 3. Qurbanov Vidadi — operator 4. Həsənov Elçin — mexanik 5. Hacıəliyev Həsənağa — operator 6. Qafarov İlham — operator 7. Əsədov Samir — operator 8. Bəhrəmov Cavid — operator 9. Abbasov Ramiz — maşinist 10. Rüstəmov Qorxmaz — operator.

Ağarəhimov qeyd edib ki, axtarışlar başa çatandan sonra faktla bağlı araşdırma başlanılacaq. Hadisə baş verən vaxt estakadada adı çəkilən işçilərdən başqa heç kəs olmayıb. Hadisə ilə bağlı daha əvvəl şərh verən ekspertlərin fikirlərinə cavab olaraq Ağarəhimov bildirib ki, estakada qəzalı vəziyyətdə olmayıb. O, 1978-ci ildə tikilib və axırıncı dəfə cari ilin avqustunda təmir edilib.

Mövzu:
Xəzərdə növbəti faciə (8)

Əlaqədar

Güclü qasırğa xilasetmə əməliyyatını çətinə salıb
İtkin düşən neftçilərlə bağlı dəhşətli fakt
Xəzərdə baş vermis qəza bölgəsinə 6 gəmi göndərilib
İtkin neftçilərlə bağlı qərargah yaradıldı
Xəzərdə növbəti faciə: 10 nəfərin taleyindən xəbər yoxdur
Teqlər:
Balamirzə Ağarəhimov, neftçi, SOCAR, itkin, dəniz, Xəzər, qəza

Əsas mövzular