CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Post-sovet məkanında miqrasiya siyasəti müzakirə olunacaq

© REUTERS / Philippe WojazerMiqrantlar
Miqrantlar - Sputnik Azərbaycan
Abunə olmaq
"Post-sovet məkanında miqrasiya siyasəti" mövzusunda Moskva-Bakı-Astana-Kişinyov-Minsk-Tbilisi videokörpüsü təşkil olunacaq

BAKI, 15 dek — Sputnik. Sabiq sovet düşərgəsi ölkələri üçün miqrasiyanın universal mexanizmi mövcud deyil. Post-sovet məkanında miqrasiya siyasətinin tendensiyaları və problemləri ilə bağlı ekspertlər danışacaqlar. 16 dekabr saat 12.00-da "Post-sovet məkanında miqrasiya siyasəti" mövzusunda Moskva-Bakı-Astana-Kişinyov-Minsk-Tbilisi videokörpüsü olacaq.

Suriyalı miqrantların etirazı. Arxiv şəkli - Sputnik Azərbaycan
Avropalılar miqrantların ucbatından iş yerlərini itirməkdən qorxurlar

Dekabrın 18-i Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Miqrasiya ölkələr və regionlar arasında əməkdaşlıq və birgə fəaliyyət tələb edən, qabaqcadan proqnozlaşdırılmayan fövqəladə çətin prosesdir.

XXI əsrdə miqrasiya və inkişaf arasında yeni imkanlar yarandı. Lakin eyni zamanda, özü ilə birlikdə çoxsaylı problemlər də gətirdi. Bununla yanaşı, iqtisadi səbəblərdən də miqrasiya (əmək miqrasiyası) baş verdi.

SSRİ-nin parçalanmasından keçən 25 il ərzində miqrasiya prosesinin nizamlanması üçün müxtəlif mexanizmlər hazırlandı. Bunlar həm ölkələr səviyyəsində, həm də inteqrasiya etmiş birliklər — MDB, Avrasiya İqtisadi İttifaqı, İttifaq dövlətləri və s. səviyyəsində baş verdi. Müxtəlif səbəblərdən vaxtilə SSRİ-yə daxil olmuş post-sovet ölkələrinin heç birində ölkələr üçün universal miqrasiya mexanizmi yoxdur.

İştirakçılar

Moskvada: Dövlət İdarəetmə Universitetinin Dövlət Hüququ və İdarəetməsi İnstitutunun dövlət idarəçiliyi və siyasi texnologiyalar kafedrasının professoru, Rusiya Federasiya Şurasının MDB-nin işləri üzrə Komitəsinin ekspertlər şurasının üzvü Vladimir Volox.

Bakıda: Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, "Həyat" Humanitar Dəstək İctimai Birliyinin rəhbəri Azər Allahverənov.

Astana, Kişinyov, Minsk, Tbilisi: miqrasiya prosesləri sahəsinin ekspertləri və KİV nümayəndələri.

Əlaqə üçün

Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru

Tədbir Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə ünvanında keçiriləcək.

Xəbər lenti
0