12:43 29 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
244 0 0

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib

BAKI, 14 dek — Sputnik. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. Parlamentin mətbuat xidmətindən Sputnik-ə bildiriblər ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, gündəliyə 15 məsələ — Vergi, Mülki Prosessual, Cinayət, İnzibati Xətalar məcəllələrinə habelə "İcra haqqında", "Dövlət rüsumu haqqında", "Elektron ticarət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Nəşriyyat işi haqqında", "Lotereyalar haqqında", "Təhsil haqqında", "İcbari sığortalar haqqında" qanunlara dəyişikliklər edilməsi, "Nağdsız hesablaşmalar haqqında" yeni qanun layihəsi daxildir. Bu qanun layihələri Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə göndərilib.

İclasda iştirak edən vergilər naziri Fazil Məmmədov əvvəlcə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, bu dəyişikliklər tək Vergi Məcəlləsi deyil, eyni zamanda gündəliyə daxil olan digər qanunvericilik aktları ilə əlaqədardır. Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda vergi ödənişində uçot qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır. Bu məqsədlə bir sıra qanun layihələri hazırlanıb və müzakirəyə təqdim edilir. Bu qanun layihələri ölkədə nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer vergi qoyulma, qiymət qoyma, uçot siyasətinin şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir.

Qeyd edilib ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 201 dəyişiklikdən ibarətdir. Bu əsasən vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində əlavə dəyər vergisinin ticarət əlavəsindən hesablanmasıdır. Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən ölkədə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı əlavə dəyər vergisindən həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındaki fərqdən yəni ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib.

Nazir bildirib ki, vergi ödəyiciləri tərəfindən könüllü vergi açıqlaması edildiyi halda bu barədə vergi orqanına forması müvafiq icra hakimiyyəti orqanı tərəfindın müəyyən edilən hesabat təqdim edilir. Bu halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən, yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir.

Habelə qeyd edilib ki, dəyişikliklərə əsasən icbari tibbi sığorta və səhiyyə, tibb sahəsində xidmət göstərən qurumlar mənfəət vergisindən müddətsiz, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı, quş ətinin satışı ilə bağlı isə 3 il müddətinə əlavə dəyər verqisindən azad edilib. Sonra bank sisteminin tənzimlənməsi, kameral vergi, maliyyə institutlarına tədbiq ediləcək maliyyə sanksiyaları və digər zəruri məsələlərlə bağlı bir sıra dəyişikliklər barədə söhbət açılıb.

Daha sonra Fazil Məmmədov "Nağdsız hesablaşmalar haqqında" yeni qanun layihəsi barədə danışıb. Bildirilib ki, qanunun məqsədi ölkə ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunması, bank sisteminin inkişaf etdirilməsindən ibarətdir. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Əlaqədar

Bəzi investorlar vergidən azad edildi
Vergilər Nazirliyinin rəsmisi: Azərbaycan ən islahatcıl dövlətlər siyahısındadır
Dünyada yeganə qəsəbə: hökumət yox, vergi yox, avtomobil yox
Vergi və kredit borcu olanlar vətəndaşlıqdan məhrum edilirlər
İdman mərc oyunlarında uduşlardan vergi tutulmayacaq
Torpaq vergisi ilə bağlı qanuna dəyişiklik olundu
Teqlər:
Fazil Məmmədov, müzakirə, dəyişiklik, Vergilər Məcəlləsi, vergi, Milli Məclis

Əsas mövzular