CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın mənzil bazarında bahalaşma

© Sputnik / Fuad HasanovYaşayış binaları
Yaşayış binaları - Sputnik Azərbaycan
Abunə olmaq
Bahadur İbrahimov: "Uzun illərdir bu işi görürəm, hələ belə vəziyyətlə rastlaşmamışdım"

BAKI, 14 dek — Sputnik. "Paytaxtın daşınmaz əmlak bazarında qiymətlər ilin əvvəli ilə müqayisədə 5 %-dək bahalaşıb". Bunu daşınmaz əmlak üzrə ekspert Bahadur İbrahimov Sputnik-ə açıqlamasında deyib.

© Photo : Fuad HasanovBahadur İbrahimov
Bahadur İbrahimov - Sputnik Azərbaycan
Bahadur İbrahimov

Onun sözlərinə görə, qiymətlərin az da olsa, qalxmasına səbəb dolların bahalaşmasıdır: "Əslində elə də ciddi bahalaşma yoxdur. Sadəcə olaraq ilin əvvəli ilə müqayisədə manat dollar qarşısında çox dəyər itirdiyi üçün son vaxtlar mülkiyyətçilər məcbur qiymət artımına gedib. Təxmini 5 % bahalaşma olduğunu deyə bilərik".

Bununla belə ekspert qeyd edib ki, daşınmaz əmlakın bir çox növlərində ucuzlaşma müşahidə olunur: "Alıcılıq səviyyəsi çox aşağıdır. Uzun illərdir, bu işi görürəm, hələ belə durğunluq dövrünə rast gəlməmişdim. Çox zaman əmlak sahibləri bu durğunluğu görüb, qiymətləri endirməyə məcbur olurlar".

Əhalinin həyət evi və obyektlərdən daha çox mənzilə meyli olduğunu nəzərə alaraq, Bahadur İbrahimovdan ölçüsünə, yerinə və keyfiyyətinə görə mənzil qiymətlərini xəbər aldıq: "Misal üçün, "Elmlər Akademiyası" metrostansiyası ətraflarında köhnə tikili, "Xruşşov" layihəli, 1 otaqlı mənzillərin qiyməti 57-63 min manat arasında dəyişir. Qiymətlər, mənzillərin təmirinə, yerləşdiyi mərtəbəsinə, binanın künc tərəfində yerləşib-yerləşməməsinə görə təyin olunur. 2 otaqlılar 85-130 min manat arası, 3 otaqlılar isə 100-180 min manat arası dəyişir. Söhbət "Elmlər Akademiyası" metrosuətrafı ərazilərdəki qiymətlərdən gedir. Bir az kənar yerlərdə, məsələn mikrorayonlarda daha ucuza mənzil almaq olar".

Ekspert, yeni tikili binalardakı mənzillərin köhnələrlə müqayisədə 20-30 min manat fərq etdiyini deyib. O, əhalinin daha çox hansı növ mənzillərə meyl etməsi barədə isə bunları deyib: "Təbii olaraq, insanlar ciblərinə uyğun olaraq hərəkət edirlər. Kimin gücü nəyə çatırsa, o cür də mənzil alır. Ancaq müqayisə aparmalı olsaq, deyə bilərəm ki, bu gün alıcılar daha çox ucuz evlər axtarırlar. Bunu hazırki iqtisadi vəziyyətlə əlaqələndirə bilərik. Böyük ölçülü, lüks təmirli və həddindən çox bahalı mənzillər də satılır. Ancaq çox az".

Həmsöhbətimiz kirayə mənzil bazarında heç bir dəyişiklik olmadığını, əvvəlki qiymətlərin olduğu kimi qaldığını deyib: "Misal üçün Yasamal ərazisində 1 otaqlı köhnə tikili, əşyalı mənzil 300-350 manata, 2 ya 3 otaqlılar 400-600 AZN-ə icarəyə verilir. Satışdan fərqli olaraq, icarə mənzil qiymətləri yeni tikili və köhnə tikili binalarda demək olar ki eynidir. Bəlkə cüzi fərq ola bilər, o da 50 manatı keçməz. Mikrorayonlarda kirayə qiymətlər daha ucuzdur. 1 otaqlılar 220-250 manat, 2-3 otaqlılar isə 300-450 manat arası dəyişə bilir".

Xəbər lenti
0