06:47 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
CƏMİYYƏT
Qısa URL
505 0 0

Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artıb

BAKI, 13 dek — Sputnik. 2016-cı ilin yanvar-noyabr aylarında istehlakçılara 26,3 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz çox məhsul satılıb. Bu barədə Sputnik-ə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 2,6 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,7 faiz artıb. Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,5 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Əlaqədar

Bahalaşma fonunda keyfiyyətsiz məhsullar bazarı bürüyüb
İstehlak səbəti 2017-ci ildə də bahalaşacaq
Ən çox bahalaşma gözlənilən sahələr bəlli oldu
Daha bir kommunal xidmət bahalaşır
Bir vaxtlar onun qiyməti pivədən baha idi
Bu siqaretlər bahalaşdı
Teqlər:
tütün, içki, ərzaq, siqaret, qiymət

Əsas mövzular